Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın gündəmini zəbt edən fotodan danışıb.
Bizim.Media xəbər verir ki, Özbəkistan səfərindən sonra jurnalistlərə açıqlamasında sözügedən foto ilə bağlı maraqlı məqamı açıqlayıb:
“İlham Əliyev öz yerini mənə verib, yanımda əyləşdi. İştirakçıların əksəriyyəti rus dilində danışdığı üçün tərcüməçi sözlərimizi rus dilinə tərcümə edirdi.
Görünür ki, bizim ünsiyyətimiz söhbətin bütün iştirakçılarının xoşuna gəlib. Xoş an idi..."
Qeyd edək ki, sözügedən foto Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən Sammitində çəkilib.
Bizim.Media