Beynəlxalq İnstitutdan Azərbaycandakı mina problemi ilə bağlı BƏYANAT

BMT İnsan Hüquqları Şurasının (UNHRC) rəsmi saytında Cenevrədə yerləşən Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutunun (IRDG) bəyanatı yerləşdirilib.

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasına təqdim edilən “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın azad olunmuş torpaqlarında təxribatı” adlı bəyanatda Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tarixi, 30 ilə yaxın müddətdə işğalda qalan Azərbaycan torpaqlarının II Qarabağ müharibəsi dönəmində azad edildiyi, lakin həmin ərazilərin böyük hissəsinin Ermənistan istehsalı olan minalarla çirkləndirilməsi barədə ətraflı məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin hətta mədəni-tarixi abidələrə gedən yolların ətrafını minalandığına diqqət cəlb edilib.

Qeyd edilib ki, 44 günlük savaş dönəmində Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minaların, partlayıcı qurğuların Azərbaycanın təkcə müharibədən zərərçəkmiş ərazilərində deyil, cəbhə bölgəsindən uzaq əyalətlərində də aşkarlanıb.
Bəyanatda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətindən bəhs olunub.

Nəzərə çatdırılıb ki, ANAMA 2021-ci ildə 10 kv.km ərazidə Ermənistan silahlı birləşmələri tərəfindən atılmış 397 ədəd LAR160, 9N235 və digər markalı istifadəsi qadağan olunmuş kaset sursatları, 15 avqust 2022-ci il tarixində isə Laçın rayonunun şərq hissəsindəki Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni birləşmələri tərəfindən basdırılmış 991 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edib.

Həmin ərazilərin əvvəllər təmas xətti deyilən yerlərdən xeyli uzaqda yerləşdiyi vurğulanıb.

IRDG Azərbaycan ərazisidə müharibədən qalmış qurğular və minalar, partlamamış hərbi sursatlar və digər vasitələrin əhali üçün yaratdığı təhlükə ilə bağlı dərin narahatlığını bildirib.

Bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin dərhal hərəkətə keçməsinin vacib olduğu vurğulanıb. “Çünki insanların ölümə məhkum edilməsi bütün dünyada sülhün olmasına ciddi maneədir”, - deyə qeyd edilib.

İRDG Avropa Birliyini, digər beynəlxalq təşkilatları və donorları minaların təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləməyi, ölkəmizlə birlikdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi uğrunda mübarizə aparmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

Bakı-Sumqayıt yolunda böyük tıxac: "Düz bir saat 45 dəqiqədir ki, burada qalmışıq" - VİDEO

End of content

No more pages to load

RADİO