İlham Əliyev Putinlə görüşdü: Sərhəddəki gərginlik MÜZAKİRƏ EDİLDİ - VİDEO

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:

- Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində görməyə çox şadam.

Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.

İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.
Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır. Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Sağ olun, Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam.

Bundan əvvəlki görüşümüzdən üç aydan az vaxt keçib. Lakin bu müddətdə də biz daim əlaqədə olmuşuq, telefonla danışmışıq, həmçinin ikitərəfli münasibətlərin çox müsbət dinamikasını görürük.

Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanandan sonra da müxtəlif sahələr üzrə mühüm sənədlər imzalanıb və Sizin qeyd etdiyiniz kimi, bütövlükdə görürük ki, əmtəə dövriyyəsində və nəqliyyat sahəsində yükdaşımaların həcmi artır. Bundan əlavə, indi biz tranzit imkanlarımızın potensialını tam həcmdə işə salmaq niyyətindəyik. Belə ki, nəticələr göz qabağındadır. Əminəm ki, biz bu ili bütün istiqamətlər üzrə yaxşı nəticələrlə başa vuracağıq.
Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istərdim. Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur.

Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib.

İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir.

Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.

Prezident Vladimir Putin: Çox sağ olun.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Azərbaycanda bu taksilərdə qiymətlər ARTDI

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazandı

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

Sumqayıtda 2 avtomobil toqquşdu: 3 yaralı var

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Sabah" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Yaponiyada parlament seçkisinin nəticəsi açıqlandı

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Vüsalə milyonluq mənzilinin görüntülərini YAYDI - VİDEO

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - BƏYANAT

65 yaşlı qadın dərmandan zəhərləndi

65 yaşlı qadın dərmandan zəhərləndi

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti dekolteli geyimi və şousu ilə DİQQƏT ÇƏKDİ - VİDEO

End of content

No more pages to load

RADİO