“Ermənistan və Azərbaycan sərhədində hazırda gərginliyin artmasına baxmayaraq, sülh müqaviləsinə hazırlıq üzrə işlər dayanmayıb. Bu, yəqin ki, əsas prioritetdir”.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"Üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi münaqişənin həlli üçün əsas olaraq qalır" - deyə məlumatda qeyd edilib.
Bizim.Media