"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək".
Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Səmərqənddə keçiriləcək danışıqların gündəliyi ilə bağlı açıqlama verərkən bildirib.
“Biz liderlərin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcəklərinə ümid edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.
Bizim.Media