Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.
Bizim.Media xəbər verir ki, bunu KTMT-nın Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.
Eyni zamanda o əlavə edib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir.
"Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir", - deyə Sidorov vurğulayıb.
Bizim.Media