BMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
Rusiyalı diplomat qeyd edib ki, məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib:
“Hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu söylədi”.
Bizim.Media