Sahibə Qafarovadan erməni təxribatları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başayaraq, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova beynəlxalq sammitdə çıxış etdi - FOTO


"Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub. Ermənistan tərəfinin bu təxribatına cavab olaraq Azərbaycan tərəfindən cavab tədbirləri görülüb. Təxribatın qarşısının alınması zamanı 50 nəfər hərbçimiz şəhid olub".

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirmiş, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub.

Müraciətdə vurğulanıb ki, Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə və təkliflərinə zidd olaraq, Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradır.

Bütün bunlar Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.

Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində külli miqdarda sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Artıq bu ərazilərə bir qrup məcburi köçkün ailələrinin geri qayıtması prosesinə başlanmışdır. Ermənistan öz təxribatları ilə bu prosesə əngəl törədir.

Bildirilir ki, Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, Ermənistan əldə olunmuş atəşkəsi pozmağa davam edir.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Spikerin müraciətində qeyd olunur ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə qarşı yönəlmiş bu addımlarını qınamağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Qubada zəhərlənən 8 nəfərin SON DURUMU

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi oldu

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Qubada bir ailənin 8 üzvü qonaqlıqda zəhərləndi – ADLAR

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Faydalı bitkilər toplayan 67 yaşlı kişi görün hansı sirləri açdı - VİDEO

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

Xamenei ordu komandirləri ilə görüşmədi - Son 47 ildə ilk dəfə

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

MOK rəsmiləri Milanda Atletlər kəndində - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

Bekhem təndirə çörək yapdı, kabab yedi - FOTO

End of content

No more pages to load

RADİO