Ceyhun Bayramov iranlı həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırıb

14 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun qarşı tərəfin təşəbbüsü əsasında İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov həmkarına Ermənistanın beynəlxalq hüquq prinsiplərini, habelə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı əl atdığı növbəti genişmiqyaslı təxribatlar barədə məlumat verib.

Azərbaycanın ərazi bütövlüyünə, hərbçilər və mülki şəxslərin təhlükəsizliyinə hədə törədən bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü vurğulayan nazir, təxribatın qarşısının alınması zamanı 50 hərbçimizin şəhid olduğunu diqqətə çatdırıb.

Azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işlərinin getdiyi, habelə iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin göstərildiyi bir vaxtda Ermənistanın bu təxribatının sülh prosesinə ciddi xələl gətirdiyi qarşı tərəfin nəzərinə çatdırılıb.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyin narahatlıq doğurduğunu bildirib və bölgənin yeni qarşıdurmaya hazır olmadığını ifadə edib.

O, bölgə ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının İran üçün vacib olduğunu qeyd edib.

Nazir Hüseyn Əmir-Abdullahian Azərbaycan və Ermənistan arasındakı məsələlərin sülh yolu ilə danışıqlar vasitəsilə həllinin tərəfdarı olduqlarını və İranın bu xüsusda köməklik göstərməyə hazır olduğunu söyləyib.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

End of content

No more pages to load

RADİO