Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı nazirliyin "Twitter" hesabında paylaşım edilib.
"Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılara tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik", - paylaşımda bildirilib.
Bizim.Media

