Prezident Britaniya səfirliyinə gələrək BAŞSAĞLIĞI VERDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyində olub.

Bizim.Media xəbər verir ki, o, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould dövlətimizin başçısını qarşılayıb.
Prezident İlham Əliyev: Çox kədərli hadisədir. Amma həyatın qanunlarını heç kim dəyişdirə bilməz. Bir daha Britaniya xalqına başsağlığı vermək istəyirəm.

Səfir: Çox sağ olun.

Prezident İlham Əliyev: Kraliça ilə şəxsən tanış idim. Onunla iki dəfə görüşmüşdüm. Birinci dəfə hələ mən Prezident vəzifəsinə seçilmədən – 1997-ci ildə Bukingem Sarayına dəvət almışdım, Kraliçanın doğum günü münasibətilə.

O vaxt SOCAR-ın vitse-prezidenti kimi mənə belə bir dəvət göndərilmişdi. İlk dəfə burada, - təbii ki, orada bir çox adamlar var idi, - sadəcə olaraq tanışlığımız oldu. Ondan sonra da ölkənizə səfərim çərçivəsində Ülyahəzrət Kraliça ilə görüşmək imkanım olmuşdur. Çox xoş təəssüratlar bağışlayan bir insan idi.

Bildiyiniz kimi, bu yaxınlarda bizim nümayəndə heyətimiz mənim adımdan ona Qarabağ atını hədiyyə etmişdi. O da baxmayaraq ki, artıq səhhətində müəyyən problemlər var idi, özü şəxsən o hədiyyəni qəbul etdi.

Bu haqda da məlumat var. O, çox gözəl bir insan, böyük xadim və əlbəttə ki, ilk növbədə, Britaniyanın rəmzi olan tarixi şəxsiyyətdir. Azərbaycan xalqı adından bir daha başsağlığı verirəm.
Krala təbrik məktubu da göndərmişəm. Məktubda da göstərdim ki, əminəm, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək. Çünki bir çox sahələrdə biz doğrudan da çox yaxın əlaqələrə çatmışıq və ümid edirəm ki, yaxın gələcəkdə bu əlaqələr daha da genişlənəcək.

Səfir: Çox sağ olun. Kraliçanın vəfatı ilə əlaqədar səfirliyə gəldiyiniz üçün çox sağ olun.

Həmçinin Kral Çarlza və Baş nazirə göndərdiyiniz başsağlığı məktublarına görə Sizə dərindən təşəkkür edirəm. Göstərdiyiniz diqqət ölkələrimiz arasında münasibətlərin inkişafında çox əhəmiyyətlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs TUTULDU

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzində - FOTO

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Cüdoçumuz "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbində - FOTO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

"Sumqayıt" - "Zirə" görüşündə qapılara 5 qol vuruldu - VİDEO

Günəşdə güclü partlayışlar olacaq?

Günəşdə güclü partlayışlar olacaq?

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

İki ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - VİDEO

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu - Piyada xəsarət aldı

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

End of content

No more pages to load

RADİO