Prezident yeni qurum yaratdı - FƏRMAN

Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir;

2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;

2.4. Müşahidə Şurasının 4 (dörd) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

2.4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

2.4.2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

2.4.3. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

2.5. Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlara dəyişiklik edilməsi;

3.1.2. Agentliyin ləğvi və yenidən təşkili.

3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. iki ay müddətində:

4.1.1. Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

4.2.1. Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;

4.2.2. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Aidiyyəti dövlət qurumları bu Fərmanın 2.4-cü bəndinə uyğun olaraq Agentliyin Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.

6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:

6.1. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin;

6.2. sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı məsələlərin tənzimlənməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

7.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

7.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirsin və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Şəhriyar Məmmədyarov FİNALDA

Şəhriyar Məmmədyarov FİNALDA

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

AFFA İcraiyyə Komitəsinin iclası KEÇİRİLDİ

AFFA İcraiyyə Komitəsinin iclası KEÇİRİLDİ

Tramp: "Azərbaycan və bir sıra ölkələr Sülh Şurasına yeddi milyard dollar yatırıblar" - VİDEO

Tramp: "Azərbaycan və bir sıra ölkələr Sülh Şurasına yeddi milyard dollar yatırıblar" - VİDEO

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

Məşhur türk aktyor özbəkistanlı aktrisa ilə EVLƏNDİ - VİDEO

Məşhur türk aktyor özbəkistanlı aktrisa ilə EVLƏNDİ - VİDEO

End of content

No more pages to load

RADİO