Qazaxstanın Azərbaycan ƏLAQƏLƏRİ - “Turan ideyası iqtisadi zona kimi də çox səmərəli olacaq”

Son illərə qədər utopiya kimi görünən Turan birliyi artıq daha böyük aspektdə gerçəkləşməyə başlayır. 13 il əvvəl, 2009-cu ilin oktyabrın 3-də əsası qoyulan Türk Dövlətləri Təşkilatı Turan birliyinin yaradılmasında müxtəlif proqram və hədəfləri ortaya qoyan mühüm bir təşkilat olduğunu göstərib.

Sözügedən qurum yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardı rolunda çıxış edib. 

Turan birliyinin yaradılmasında ilk və başlıca addım sözsüz ki, Türkiyə ilə Azərbaycan arasında möhkəm tellərlə bağlı olaraq qurulan əlaqələrdir. Hazırda iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq ən yüksək səviyyədədir. 
Son dövrlər isə Qazaxıstan da sözügedən birliyin möhkəmlənməsinə mühüm töhfə verməyə başlayıb.

Belə ki, son aylar cərəyan edən proseslər onu deməyə əsas verir ki, Qazaxıstan rəhbərliyi də Türkiyə və Azərbaycanla əlaqələrin güclənməsinə mühüm önəm verir. Bir neçə gün bundan qabaq Qazaxıstan Prezidenti Tokayev Bakıda səfərdə olarkən, iki ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələri əhatə edən 20-dən çox mühüm sənədlər imzalandı.

Görünən odur ki, Qazaxıstan yeni geosiyasi proseslər fonunda Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir.

Bu mənada Qazaxıstanla Azərbaycan arasında yaranan əlaqələri əslində Turan birliyinə doğru atılan ikinci böyük addım kimi dəyərləndirmək olar. Türkiyə-Azərbaycan yüksək səviyyəli əməkdaşlığından sonra Qazaxıstanın da son dövrlər həmin istiqamətdə atdığı cəsarətli addımları heç şübhəsiz Turan ideyasının gerçəkləşməsi yolunda mühüm uğurdur. 

Prosesin gedişi belə qənaətə gəlməyə əsas verir ki, Turan ideyasının gerçəkləşməsi zamanı heç də uzaqda deyil. Artıq türk dünyasının üç aparıcı dövləti, Türkiyə, Azərbaycan və Qazaxıstan bu istiqamətdə ciddi irəliləyişlər əldə ediblər.

Özbəkistan da son illər türk birliyi yolunda müəyyən yol qət edib. Daşkəndin Bakı və Ankara ilə əlaqələri əhəmiyyətli dərəcədə artıb. 

Belədə ardınca digər türk dövlətləri olan Qırğızstan, Özbəkistan və Türkmənistanın da prosesə qoşulması ilə yaxın gələcəkdə dünya miqyasında söz sahibi olacaq Türk birliyi adlı möhtəşəm bir birliyin şahidi olacağıq.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, mövcud geosiyasi vəziyyətin türk dövlətlərini birliyə sövq etdiyini artıq Qazaxıstan da anlamağa başlayıb:

“Ukrayna-Rusiya müharibəsi kontekstində ortaya çıxan bəzi reallıqlar fonunda bir çox türk dövlətləri kimi Qazaxıstan da anladı ki, təhlükəsizlik və iqtisadi baxımından ən doğru addım Türk Dövlətləri Birliyidir.

Həm dil, həm mənəvi, həm soy birliyi, həm də mədəni, siyasi və geosiyasi məsələlər baxmından bu günki vəziyyət türk dövlətlərini birliyə sövq edir. Bunu Qazaxıstanın da anlaması hər bir halda qazancdır.

Qazaxıstan türk dövlətləri içərisində ən böyük dövlətdir. Azərbaycanla əlaqələri genişləndirməklə prosesdə Qazaxıstanın da iştirakçı olması həmin birliyə böyük əhəmiyyət qazandıracaq.
Bu mənada son günlər daha da artan Azərbaycan-Qazaxıstan əlaqələri də Turan birliyi yolunda atılan növbəti bir mühüm addımdır. İki ölkə arasında inkişaf edən bu əlaqələr sözügedən birliyin möhkəmliyinə daha böyük çalarlar gətirəcək. Bundan sonra, Qazaxıstan tək Azərbaycanla deyil, digər türk dövlətləri, xüsusən də Türkiyə ilə əməkdaşlığı gücləndirəcək”. 

Həmsöhbətimiz qeyd edir ki, Qazaxıstanın Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına çıxması bütöv türk dövlətlərinə qazanc gətirəcək: 

“Qazaxıstan xarici bazara əsasən enerji daşıyıcıları çıxarır. Onu isə indiki vəziyyətdə Rusiya vasitəsilə Qərb dünyasına çıxarması hələlik mümkün deyil. Belədə Qazaxıstan da anladı ki, prosesdə Azərbaycanın iştirakı çox vacibdir”. 

Politoloqun fikrincə, yaranan beynəlxalq vəziyyət də türk dövlətlərini birliyə sövq edir: 

“Bunu bir çox türk dövlətləri rəhbərlərinin anlaması da türk etnosu üçün mühüm qazancdır. Ona görə də Azərbaycanla əlaqələri genişləndirməklə bu şansın Qazaxıstan tərəfindən dəyərləndirilməsi prosesə mühüm töhfə oldu”. 

N.Miri bildirir ki, Azərbaycanın 44 günlük zəfər tarixi əslində türk birliyinə aparan tarixin bir növ başlanğıcını qoydu: 

“Özbəkistan da artıq bu yöndə Azərbaycan və Türkiyə ilə addım ataraq, həmin ölkələrlə konkret sənədlər imzalayıb. Strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və strateji müttəfiqliyə doğru ciddi addımların atılımasını görürük.
Qırğızıstan rəhbərliyinin də bu sitiqamətdə siyasi iradısi vardır. Son günlər bu ölkədə ard-arda türk dövlətləri birliyinin toplantılarının keçirildiyini müşahidə edirik.

Ona görə Rusiya, Çin və Qərbi bu narahat etsə də, birliyə doğru addımlar atılmaqda davam edir. Baş verən proseslər göstərir ki, Turan ideyası ilə gerçəkləşəcək və Türk Dövlətləri Birliyi potensial olaraq gələcəkdə ciddi güc mərkəzlərindən biri olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO

Rusiya ordusu Odessaya zərbə endirdi – VİDEO

Rusiya ordusu Odessaya zərbə endirdi – VİDEO

Avtobusda oğurladığı bank kartı ilə 900 manatlıq alış-veriş etdi - ANBAAN VİDEO

Avtobusda oğurladığı bank kartı ilə 900 manatlıq alış-veriş etdi - ANBAAN VİDEO

Xarkov vilayətinə dron hücumu: 10 yaşlı uşaq və anası həlak oldu - FOTO

Xarkov vilayətinə dron hücumu: 10 yaşlı uşaq və anası həlak oldu - FOTO

DİQQƏT! Tovuzda qaz kəsiləcək

DİQQƏT! Tovuzda qaz kəsiləcək

Balakəndə yanğın: 100 ev quşu tələf oldu

Balakəndə yanğın: 100 ev quşu tələf oldu

Ermənistan öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etməlidir – BƏYANAT

Ermənistan öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etməlidir – BƏYANAT

Bir zamanlar uşaqların sevimlisi idi... – “Karlson” indi haradadır? – VİDEO

Bir zamanlar uşaqların sevimlisi idi... – “Karlson” indi haradadır? – VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olundu – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olundu – FOTO

BƏƏ-də ChatGPT-nin eksklüziv versiyası yaradılır?

BƏƏ-də ChatGPT-nin eksklüziv versiyası yaradılır?

İki uşaq anasının ölümünə səbəb olan həkimlə bağlı son QƏRAR

İki uşaq anasının ölümünə səbəb olan həkimlə bağlı son QƏRAR

Portuqaliyada bu siyasətçi prezident seçkilərində qalib gəldi

Portuqaliyada bu siyasətçi prezident seçkilərində qalib gəldi

Lavrov yenə Avropanı HƏDƏLƏDİ

Lavrov yenə Avropanı HƏDƏLƏDİ

İranlı müəlliməni EDAM cəzası gözləyir

İranlı müəlliməni EDAM cəzası gözləyir

İngilis çirkli corablardan sərvət qazandı

İngilis çirkli corablardan sərvət qazandı

Bakıda əməliyyat: İran vətəndaşı ilə əlbir olanlar tutuldu – FOTO

Bakıda əməliyyat: İran vətəndaşı ilə əlbir olanlar tutuldu – FOTO

Azərbaycanlılar milyonlarını harada xərcləyir?

Azərbaycanlılar milyonlarını harada xərcləyir?

5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq

5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq

“The Washington Post”da KÜTLƏVİ İXTİSARLAR – Baş icraçı direktor da İSTEFA VERDİ

“The Washington Post”da KÜTLƏVİ İXTİSARLAR – Baş icraçı direktor da İSTEFA VERDİ

Leyla Əliyeva Gəncə səfərindən paylaşım etdi – VİDEO

Leyla Əliyeva Gəncə səfərindən paylaşım etdi – VİDEO

217 nəfərə qarşı dələduzluq edənlər YENİDƏN məhkəmə qarşısında

217 nəfərə qarşı dələduzluq edənlər YENİDƏN məhkəmə qarşısında

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Zirə qəsəbəsində yanğın – VİDEO

Zirə qəsəbəsində yanğın – VİDEO

Tələbə tanış olduğu qızı fotoşəkilləri ilə şantaj edrmiş – DETALLAR

Tələbə tanış olduğu qızı fotoşəkilləri ilə şantaj edrmiş – DETALLAR

End of content

No more pages to load

RADİO