Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olundu – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, ittifaq üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfederasiya sədri Sahib Məmmədov AHİK-in tarixi və fəaliyyəti barədə məlumat verib, keçdiyi inkişaf yoluna nəzər salıb. 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun Konfederasiyanın formalaşmasında və həmkarlar ittifaqlarının inkişafında, vətəndaş cəmiyyətinin möhkəmlənməsində mühüm rolu qeyd olunub.  
 

Vurğulanıb ki, möhtərəm cənab Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi davamlı diqqət və dəstək əmək hüquqlarının qorunmasına, sosial dialoqun gücləndirilməsinə və layiqli əmək şəraitinin təmin olunmasına mühüm töhfə verir.


Bunun nəticəsidir ki, təşkilat əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyəti qeyd olunub. 

Çıxışda AHİK-in işçi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, eləcə də gender bərabərliyi, gənclər, idman və təhsil sahələrində görülən işlər qeyd olunub. Bildirilib ki, AHİK tərəfindən son bir neçə il ərzində fəaliyyətin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sosial layihələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən layihələrin həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə və onların fəallığının artırılmasına müsbət təsir göstərdiyi vurğulanıb. 

Sonra həmkarlar hərəkatının tarxini özündə əks etdirən eləcə də, AHİK-in fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Həmkarlar ittifaqlarının veteran üzvü Leyla Acalova, Gənclər üçün Prezident mükafatıçısı, Qarabağ Universitetinin əməkdaşı Lamiyə Məmmədova, Vətən müharibəsi iştirakçıları, həmkarlarımız Ruslan Bağırov və Saleh Salahov çıxış edərək Konfederasiyanın 33 illik fəaliyyətinin zəngin bir irs olmaqla yanaşı, gələcəyə doğru inkişaf yolunda mühüm motivasiya mənbəyi olduğunu qeyd ediblər. Çıxışlarda əldə olunan nailiyyətlərin davam etdirilməsinin, həmkarlar ittifaqı dəyərlərinin gələcək nəsillərə ötürülməsinin, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
 

Sonda AHİK-in fəaliyyətində fərqlənən veteranlar, gənc həmkarlar və könüllülər Konfederasiya tərəfindən təşəkkürnamələrlə təltif olunublar.


Tədbir bədii hissə ilə davam edib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Şahbaz Şərif İlham Əliyevə ZƏNG ETDİ: Nələr müzakirə edildi?

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Oğlunun ad gününü belə təbrik etdi - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Bu maşınlar kəskin bahalaşdı - Foto

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

Müəllim dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutdurdu - VİDEO

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Məzarsız qalan 17 şəhidin acı taleyi - 33 ildir qalıqları tapılmayan itkin Seymurun ürəkdağlayan hekayəsi – VİDEO

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Sabah 25 dərəcə isti olacaq – PROQNOZ

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum addım sayı təyin edildi

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

“Kəndimizə” yox, özümüzə qayıtmalıyıq

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

End of content

No more pages to load

RADİO