ABŞ və Fransa səfirləri Şuşaya getməkdən niyə imtina edib? – Görünən siyasətin GÖRÜNMƏYƏN TƏRƏFİ

Xəbər verdiyimiz kimi, xarici ölkələrin Azərbaycandakı diplomatları Füzuli və Şuşaya səfər ediblər. Verilən məlumatlara görə, səfərdə 160-dan çox daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri iştirak edib. Onlar Şuşada düzənlənən konfransa da qatılıblar.

Bu tədbirdə həm Bakıda olan rezident səfirlər, həm də Ankara, Tehran və Moskvada fəaliyyət göstərən non-rezident səfirlər iştirak edib. Səfərdə Böyük Britaniya, Niderland, İsveç, Polşa, Macarıstan, Bolqarıstan, Serbiya, Çexiya, İtaliya, Bosniya və Hersoqovina, Portuqaliya, Litva, İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Ukrayna, Qətər, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin, İndoneziya, Meksika, Argentina, Braziliya, Dominikan, Liviya, Mərakeş, Sudanın Bakıdafı səfirliyiin əməkdaşları iştirak ediblər. Habelə  Danimarka, Albaniya, Monteneqro, Bəhreyn, Yəmən, Müqəddəs Taxt-Tac, Monqolustan, Filippin, Yeni Zelelandiya, Panama, Qvatemala, Çad, Qvineya, Salvador, Somalinin Ankaradakı, Uqandanın Tehrandakı, Namibiya və Kamerunun Moskvadakı non-rezident səfirləri də bu mötəbər tədbirə qatılıblar.

Amma yenə də vaxtilə mövcud olan ATƏT-in Minsk qrupunda təmsil olunan ABŞ və Fransa səfirlikləri dəvət almalarına baxmayaraq, Şuşaya səfərdən imtina ediblər. 

Nə qədər qəribə olsa da ən uzaq ölkələr olan Filippin, Qvatemala, Çad, Qvineya, Salvador, Somali, Uqanda, Namibiya və Kamerun kimi dövlətlərin diplomatları digər ölkələrdən Azərbaycana gələrək bu tədbirdə iştirak etməsinin fonunda ABŞ və Fransa səfirləri Bakının göbəyindən Şuşaya getməyə iradə və güc tapa bilməyiblər. 
Əslində bu imtinanın səbəbi elə də çox dərində deyil.  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi, bu ölkələrin Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər?

ABŞ və Fransanı təmsil edən diplomatların belə mövqe sərgiləmələri düşünməyə əsas verir ki, bu ölkələr regionumuzda sülhün bərqərar olması, münaqişənin tam şəkildə həllində maraqlı deyillər. Onlar bölgədə qarşıdurmanın qalmasında maraqlıdırlar. 

Sözügedən iki ölkənin səfirliklərinin bu hərəkəti Azərbaycan xalqına, onun dövlətinə, ərazi bütövlüyünə hörmətsizlik, qərəzli mövqe, etinadsızlıq kimi qiymətləndirilməlidir.

Görünür, 30 il ərzində heç bir işə yaramayan Minsk qrupunun prosesdən kənarlaşdırılması ABŞ-la Fransanın ürəyincə olmayıb. Ona görə də diplomatik fəaliyyətə yaraşmayan bu addım öz cavabını almalıdır. Hər iki ölkənin təmsilçisi Azərbaycan xalqı qarşısında açıqlama verməlidir ki, işğalı dayandırmağımızla niyə barışmırlar? Beynəlxalq hüququn bərpasında niyə haqlı tərəfin yanında deyillər? Yoxsa bu ölkələr üçün bütün hüquqlar ancaq öz mənafeyləri ilə səciyyələnir?

Amma onların nə düşünməsindən asılı olmayaraq Azərbaycan öz yolu ilə gedir. Bu yol ölkəmizin gəncliyinə baxmayaraq bölgədə müdrikcəsinə sülh və əməkdaşlıq mühitinin yaradılmasına hesablanıb. Heç kim ölkəmizi tutduğu yoldan döndərə bilməz. Buna dövlətimizin kifayət qədər iradəsi və gücü var.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, Azərbaycan üçün ABŞ və Fransanın nə düşündüyü əsas deyil. Azərbaycan öz yolu ilə gedir və heç kim ona bu yolda əngəl ola bilməyəcək: 

“Artıq Azərbaycan elə bir gücdədir ki, bölgəmizdə heç bir böyük layihə Bakının iştirakı olmadan reallaşmayacaq. Azərbaycan Türkiyə ilə birgə siyasətini müəyyənləşdirir. Ərdoğanın dediyi kimi, hər kəs başa düşməlidir ki, dünya artıq 5-dən ibarət deyil. Belədə ölkəmiz üçün artıq Fransa və ya ABŞ səfirliklərinin nə düşündükləri əsas deyil. Azərbaycan reallıqları ortaya qoyur. Onlar mövcud olanları qəbul etmirlərsə, öz işləridir. Azərbaycan heç kimə fikir vermədən yol xəritəsini həyata keçirəcək”.  

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirir ki, mövcud vəziyyət ABŞ-la Fransanın regional əməkdaşlıq və sülhə tərəfdar olmadıqlarının göstəricisidir:

“Şuşa Konfransında mötəbər kontingent iştirak edib. Bu konfransı təşkil etməkdə Azərbaycanın məqsədi postmüharibə mərhələsində erməni vandalizminin törətdiyi vəhşiliklərin qısa zamanda necə aradan qaldırıldığını nümayiş etdirmək, eyni zamanda, yaratdığı yeni enerji və infrastruktur layihələri ilə regiona sülh və əməkdaşlıq ruhu gətirmək istəyini göstərir. 
ABŞ və Fransa səfirlərinin bu fonda tədbirə qatılmaması ondan xəbər verir ki, bu ölkələrin nümayəndələri regional əməkdaşlıq və sülhə tərəfdar deyillər. Ya da sülh onların ikili standartlar eynəyindən özlərinə aid xüsusi geostrateji ambissiyalarla izah olunan hadisədir. Bu yanaşmanın hər ikisi zərərlidir. Bu hal bir daha həmin ölkələrin xarici siyasətinin daha aydın başa düşülməsi və ikili standartlar məntiqinə əsaslandığını anlamaq üçün yaxşı ip ucu verir. Ancaq münasibət necə olursa-olsun, Azərbaycan öz gücü ilə regionda yeni siyasət formalaşdırıb. Bunun üçün regiona sülh və rifah gətirməkdə israrlıdır. Azərbaycan çoxsaylı etibarlı dost və müttəfiqlər qazanıb. Çoxsaylı ölkə və beynəlxalq təşkilatlardan 160-dan çox nümayəndənin tədbirə qatılması da dediklərimizi sübut edir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident – FOTO/VİDEO

Rusiya ordusu Odessaya zərbə endirdi – VİDEO

Rusiya ordusu Odessaya zərbə endirdi – VİDEO

Avtobusda oğurladığı bank kartı ilə 900 manatlıq alış-veriş etdi - ANBAAN VİDEO

Avtobusda oğurladığı bank kartı ilə 900 manatlıq alış-veriş etdi - ANBAAN VİDEO

Xarkov vilayətinə dron hücumu: 10 yaşlı uşaq və anası həlak oldu - FOTO

Xarkov vilayətinə dron hücumu: 10 yaşlı uşaq və anası həlak oldu - FOTO

DİQQƏT! Tovuzda qaz kəsiləcək

DİQQƏT! Tovuzda qaz kəsiləcək

Balakəndə yanğın: 100 ev quşu tələf oldu

Balakəndə yanğın: 100 ev quşu tələf oldu

Ermənistan öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etməlidir – BƏYANAT

Ermənistan öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etməlidir – BƏYANAT

Bir zamanlar uşaqların sevimlisi idi... – “Karlson” indi haradadır? – VİDEO

Bir zamanlar uşaqların sevimlisi idi... – “Karlson” indi haradadır? – VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olundu – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olundu – FOTO

BƏƏ-də ChatGPT-nin eksklüziv versiyası yaradılır?

BƏƏ-də ChatGPT-nin eksklüziv versiyası yaradılır?

İki uşaq anasının ölümünə səbəb olan həkimlə bağlı son QƏRAR

İki uşaq anasının ölümünə səbəb olan həkimlə bağlı son QƏRAR

Portuqaliyada bu siyasətçi prezident seçkilərində qalib gəldi

Portuqaliyada bu siyasətçi prezident seçkilərində qalib gəldi

Lavrov yenə Avropanı HƏDƏLƏDİ

Lavrov yenə Avropanı HƏDƏLƏDİ

İranlı müəlliməni EDAM cəzası gözləyir

İranlı müəlliməni EDAM cəzası gözləyir

İngilis çirkli corablardan sərvət qazandı

İngilis çirkli corablardan sərvət qazandı

Bakıda əməliyyat: İran vətəndaşı ilə əlbir olanlar tutuldu – FOTO

Bakıda əməliyyat: İran vətəndaşı ilə əlbir olanlar tutuldu – FOTO

Azərbaycanlılar milyonlarını harada xərcləyir?

Azərbaycanlılar milyonlarını harada xərcləyir?

5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq

5 BÜRC nəhayət ikinci yarısı ilə qarşılaşacaq

“The Washington Post”da KÜTLƏVİ İXTİSARLAR – Baş icraçı direktor da İSTEFA VERDİ

“The Washington Post”da KÜTLƏVİ İXTİSARLAR – Baş icraçı direktor da İSTEFA VERDİ

Leyla Əliyeva Gəncə səfərindən paylaşım etdi – VİDEO

Leyla Əliyeva Gəncə səfərindən paylaşım etdi – VİDEO

217 nəfərə qarşı dələduzluq edənlər YENİDƏN məhkəmə qarşısında

217 nəfərə qarşı dələduzluq edənlər YENİDƏN məhkəmə qarşısında

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Zirə qəsəbəsində yanğın – VİDEO

Zirə qəsəbəsində yanğın – VİDEO

Tələbə tanış olduğu qızı fotoşəkilləri ilə şantaj edrmiş – DETALLAR

Tələbə tanış olduğu qızı fotoşəkilləri ilə şantaj edrmiş – DETALLAR

End of content

No more pages to load

RADİO