Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoral 20 yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.
O, Bizim.Media-ya açıqlamasında Türkiyə Respublikasının hər zaman Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.
“Bu məzarlıqda hər yaşda, fərqli millətlərdən olan insanlar yatır. Biz bu məzarlara baxdıqda bu qətliamı törədən cinayətkarların nə qədər qəddar olduqlarını, insanlığa sığmayan hərəkətlərinin bir daha şahidi oluruq".
"Biz onları heç vaxt unutmayacağıq, əziz xatirələrini daimi yad edəcəyik. Biz Türkiyə Respublikası olaraq hər zaman Azərbaycanın kədərində, acısında və sevincində də yanındayıq”.
Bizim.Media