Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında 20 yanvarla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, səfir Şəhidlər xiyabanında çəkdirdiyi fotonu əlavə edərək, belə yazıb:
"2019-cu ildə Azərbaycanda fəaliyyətə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”.
Bizim.Media