Proseslər Xankəndiyə gedən yolu göstərir – Azər Ayxan yazır

Azərbaycan işğaldakı torpaqları müharibəsiz geri qaytarır. Proses 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müddəalarına uyğun şəkildə gedir. Azərbaycanın üstün iradəsi açıq görünür. Şərtləri istər sahədə, istər masada Azərbaycan diqtə edir. Ermənistan isə bu prosesdə icraçıdır – üzərinə qoyulan öhdəlikləri yerinə yetirir. Prezident İlham Əliyev elə bir mükəmməl siyasət qurub ki, düşmən post-müharibə dövründə də məğlub edilir. Bəzən bir güllə atılmadan böyük əraziləri işğalçılardan təmizləyirik. 

Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. Avqustun sonlarına kimi həmin ərazilərdə qanunsuz məskunlaşmış erməni əhali çıxarılır.

Dünən (avqustun 24-də) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxsləri Sərsəng su anbarına baxış keçirib. Bunun özü çox ciddi gəlişmədir. Bu o deməkdir ki, yaxın günlərdə sözügedən su anbarı və daxil olduğu ərazilər Azərbaycana qaytarılacaq. 

Sərsəng su anbarının Azərbaycanın nəzarətinə keçməsi təkcə kənd təsərrüfatı sahəsinə aid hadisə sayılmayacaq. Bu, Azərbaycanın müharibədən sonrakı ən ciddi siyasi-diplomatik qələbələrindən biri kimi tarixə düşəcək. Bunun həm də simvolik mənası var. Torpağı işğal edilən, özü didərgin salınan millətin ürəyinə su səpilir.

O su həm də torpaqlarımızı canlandıracaq, vətəndaşın, dövlətin su, torpaq ehtiyacının ödənməsi üçün mühüm rol oynayacaq. 
Dünən Rusiya sülhməramlılarının postlarının, kazarmalarının köhnə dəhlizin üzərindən söküldüyünə baxanda bu qaragüruhun çığırtıları yenidən qulaqlarımda səslənməyə başladı. İndi səsləri çıxmır. Azərbaycanın bu nəhəng qələbəsi, uğuru haqda bir cümlə belə yazmırlar, demirlər. Tam tərsinə, gündəmi dəyişmək, ölkə və millət olaraq uğurumuza kölgə salmaq, ya da bundan diqqət yayındırmaq üçün əllərindən gələni edirlər. Haqsız çıxıblar axı. Qısa müddətdə İlham Əliyev bunların bəd niyyətlərinin, bədbin proqnozlarının, Azərbaycana arzuladıqları pisliklərin reallaşmasının qarşısını aldı. Bunlar deyən olmadı. Olmayacaq da. 

Bu torpaqlarda yaxın gələcəkdə nə rus hərbçiləri qalacaq, nə erməni silahlı dəstələri. Əvvəl gündən demişəm, fikrimdə qalıram: Rusiya sülhməramlıların Qarabağda müvəqqəti yerləşməsi xoş olmasa da, reallıq baxımdan bu, Azərbaycana sərf edən variant idi.

Ağdamda Monitorinq Mərkəzində və Qarabağın digər bölgələrində Türkiyənin təmsilçiliyini beynəlxalq aləmə, xristian dünyasına başqa necə qəbul etdirmək olardı?! 

Əsas arqument bu idi ki, Rusiya sülhməramlıları gəldisə, yerdə qalan torpaqlardan əlimizi üzək. Xocalının, Ağdərənin, Xankəndinin və başqa ərazilərin ermənilərdən geri alınmasına Moskva imkan verməyək. Noldu bəs? İndi baş verənlər bu adamların arzularını, gözləntilərini puç etdi! Rusiya sülhməramlıları Azərbaycanın işğaldakı torpaqlarını müharibəsiz geri qaytarmağa mane olmur, ola bilmir! Buna cəhd də göstərmir. Çünki istər üç lider - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin arasında razılaşmaya, istərsə də Qərblə gəlinən ortaq məxrəcə görə Ermənistanın işğal etdiyi bütün torpaqlar Azərbaycana qayatılacaq. Qaytarılır! Ara-sıra düşmən buna mane olmaq istəyir, onda da “Qisas” əməliyyatı ilə bir neçə saata darmadağın edilir. 

Ötən ayın 19-da Zəngilanın Ağalı kəndinə ilk köç başlayanda yazmışdım ki, hələ bu harasıdır:

“Qarşıda nəhəng işlər var, reallaşdığında nə gözlərimizə inanacağıq, nə qulaqlarımıza”. Başlayıb... Ya da belə ifadə edək: başlayan proses davam edir.  Ötən ilin sentyabrında yazmışdım ki, Azərbaycan Xankəndini qaytarmaq üçün hərəkətə keçir. Proseslər bizi Xankəndi hədəfinə hər gün daha da yaxınlaşdırır.

Bütün yollar – siyasi, hərbi, diplomatik - Xankəndiyə aparır. Vaxtı ilə dövləti və onun liderini Xankəndi ilə şantaj etməyə çalışanlar, “bəs Xankəndini niyə almırsız” deyənlər indi ermənilər qədər narahat və qəzəblidirlər. 
Qırxqız yüksəkliyi artıq bizdədirsə, Laçın şəhəri qayıtdısa, Ağdərə də düşməndən geri alınacaq. Xocalı, Xankəndi və digər dədə-baba torpaqlarımız da Azərbaycanın nəzarətinə keçəcək. Bu elə bir yoldur ki, bundan geri dönüş yoxdur, olmayacaq. Bizə hər gün qələbə və qürur yaşadan dövlətimiz var olsun.

Əməkdar jurnalist Azər Ayxan, xüsusi olaraq Bizim.Media üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada raket çatışmazlığı: “Patriot”lar boş qalıb

Ukraynada raket çatışmazlığı: “Patriot”lar boş qalıb

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi – FOTO

Vensin İrəvan səfərinin proqramı açıqlandı

Vensin İrəvan səfərinin proqramı açıqlandı

Ukrayna “Eurovision-2026” üçün nümayəndəsini və mahnısını seçdi – VİDEO

Ukrayna “Eurovision-2026” üçün nümayəndəsini və mahnısını seçdi – VİDEO

ABŞ-ın yeni möcüzəsi: İranın qorxulu röyası reallaşır - FOTO

ABŞ-ın yeni möcüzəsi: İranın qorxulu röyası reallaşır - FOTO

Doğuş “Survivor”dan GETDİ - VİDEO

Doğuş “Survivor”dan GETDİ - VİDEO

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO

“Neftci” Almeydanı TRANSFER ETDİ

“Neftci” Almeydanı TRANSFER ETDİ

İranda komandirlər Əli Xameneinin nəvəsi ilə görüşdü – Özü tədbirə qatılmadı – FOTO

İranda komandirlər Əli Xameneinin nəvəsi ilə görüşdü – Özü tədbirə qatılmadı – FOTO

Naxçıvanın yeni Baş naziri Cabbar Musayev kimdir? – DOSYE

Naxçıvanın yeni Baş naziri Cabbar Musayev kimdir? – DOSYE

Cabbar Musayev Naxçıvanın Baş naziri TƏYİN OLUNDU

Cabbar Musayev Naxçıvanın Baş naziri TƏYİN OLUNDU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU açıqlandı

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU açıqlandı

Qadın 2 azyaşlı uşağını 5-ci mərtəbədən tulladı

Qadın 2 azyaşlı uşağını 5-ci mərtəbədən tulladı

Maqnit qasırğaları və sağlamlıq: Adi bir mif, yoxsa həqiqət

Maqnit qasırğaları və sağlamlıq: Adi bir mif, yoxsa həqiqət

DİN-dən MÜRACİƏT: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol! – VİDEO

DİN-dən MÜRACİƏT: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol! – VİDEO

Tərtərdə 150 kq-a yaxın yararsız at ətini mal əti adı altında satmaq istədilər – FOTO

Tərtərdə 150 kq-a yaxın yararsız at ətini mal əti adı altında satmaq istədilər – FOTO

Velosipeddən yıxılan 38 yaşlı kişi VƏFAT ETDİ

Velosipeddən yıxılan 38 yaşlı kişi VƏFAT ETDİ

“Böyük Seva”nın vəziyyəti açıqlandı

“Böyük Seva”nın vəziyyəti açıqlandı

Britaniyanın "Brexit" siyasəti necə UĞURSUZ OLDU?

Britaniyanın "Brexit" siyasəti necə UĞURSUZ OLDU?

Bakıda şagirdin güllələdiyi müəllimlə bağlı YENİ XƏBƏR

Bakıda şagirdin güllələdiyi müəllimlə bağlı YENİ XƏBƏR

Premyer Liqa: “İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

Premyer Liqa: “İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

İcra başçısının bacısı işdən çıxarıldı

İcra başçısının bacısı işdən çıxarıldı

Nərgiz Məhəmmədiyə 7.5 il həbs cəzası verildi

Nərgiz Məhəmmədiyə 7.5 il həbs cəzası verildi

Ruben Vardanyanın məhkəməsi sabah davam etdiriləcək

Ruben Vardanyanın məhkəməsi sabah davam etdiriləcək

End of content

No more pages to load

RADİO