Prezidentlər bulvarda qurulmuş “Qazax yurtası”na baxdılar - FOTO

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş “Qazax yurtası” ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, qazax xalqının milli geyimində olan qızlar dövlət başçılarını çörəklə qarşılayıblar.

Prezidentlərə yurta barədə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən həmkarına Füzuli şəhəri ilə bağlı TƏŞƏKKÜR


Bildirilib ki, avqustun 1-də açılan “Qazax yurtası”nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilir. Avqustun 31-dək davam edəcək bu aksiyada “Welcome to KZ” informasiya-turizm mərkəzi tərəfindən ziyarətçilərə Qazaxıstanın müasir istirahət mərkəzləri, tarixi və adət-ənənələri, “Qazaxıstan” mehmanxanası, “Şımbulak” dağ-xizək kurortu, “Air Astana” aviaşirkəti, “Baykonur” kosmodromu, “Kıran” milli şahin ovu mərkəzi və digər turizm məkanları ilə bağlı ətraflı məlumat verilir, təqdimatlar nümayiş olunur, mədəni, konsert və əyləncə proqramları keçirilir. Yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı yaradır.

Tanışlıq zamanı bildirildi ki, ənənəyə görə qazax milli süfrəsi ən hörmətli qonaqlar üçün açılır.

Qeyd edək ki, çoxəsrlik dostluq tellərinə və ümumi tarixə malik iki qardaş xalqın mənəvi yaxınlaşmasına və mədəni qarşılıqlı zənginləşməsinə yönələn bu tədbirlər Qazaxıstan səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə təşkil olunub.

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev qazax musiqi qrupunun ifasını dinləyiblər.

Sonra dövlət başçıları çay süfrəsi arxasında söhbət etdiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üzdə diplomatiya, kölgədə müharibə SSENARİSİ – ABŞ İrana qarşı hansı planı HAZIRLAYIR?

Üzdə diplomatiya, kölgədə müharibə SSENARİSİ – ABŞ İrana qarşı hansı planı HAZIRLAYIR?

Ukraynada raket çatışmazlığı: “Patriot”lar boş qalıb

Ukraynada raket çatışmazlığı: “Patriot”lar boş qalıb

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi – FOTO

Vensin İrəvan səfərinin proqramı açıqlandı

Vensin İrəvan səfərinin proqramı açıqlandı

Ukrayna “Eurovision-2026” üçün nümayəndəsini və mahnısını seçdi – VİDEO

Ukrayna “Eurovision-2026” üçün nümayəndəsini və mahnısını seçdi – VİDEO

ABŞ-ın yeni möcüzəsi: İranın qorxulu röyası reallaşır - FOTO

ABŞ-ın yeni möcüzəsi: İranın qorxulu röyası reallaşır - FOTO

Doğuş “Survivor”dan GETDİ - VİDEO

Doğuş “Survivor”dan GETDİ - VİDEO

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO

“Qış nağılı” Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO

“Neftci” Almeydanı TRANSFER ETDİ

“Neftci” Almeydanı TRANSFER ETDİ

İranda komandirlər Əli Xameneinin nəvəsi ilə görüşdü – Özü tədbirə qatılmadı – FOTO

İranda komandirlər Əli Xameneinin nəvəsi ilə görüşdü – Özü tədbirə qatılmadı – FOTO

Naxçıvanın yeni Baş naziri Cabbar Musayev kimdir? – DOSYE

Naxçıvanın yeni Baş naziri Cabbar Musayev kimdir? – DOSYE

Cabbar Musayev Naxçıvanın Baş naziri TƏYİN OLUNDU

Cabbar Musayev Naxçıvanın Baş naziri TƏYİN OLUNDU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU açıqlandı

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın SON DURUMU açıqlandı

Qadın 2 azyaşlı uşağını 5-ci mərtəbədən tulladı

Qadın 2 azyaşlı uşağını 5-ci mərtəbədən tulladı

Maqnit qasırğaları və sağlamlıq: Adi bir mif, yoxsa həqiqət

Maqnit qasırğaları və sağlamlıq: Adi bir mif, yoxsa həqiqət

DİN-dən MÜRACİƏT: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol! – VİDEO

DİN-dən MÜRACİƏT: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol! – VİDEO

Tərtərdə 150 kq-a yaxın yararsız at ətini mal əti adı altında satmaq istədilər – FOTO

Tərtərdə 150 kq-a yaxın yararsız at ətini mal əti adı altında satmaq istədilər – FOTO

Velosipeddən yıxılan 38 yaşlı kişi VƏFAT ETDİ

Velosipeddən yıxılan 38 yaşlı kişi VƏFAT ETDİ

“Böyük Seva”nın vəziyyəti açıqlandı

“Böyük Seva”nın vəziyyəti açıqlandı

Britaniyanın "Brexit" siyasəti necə UĞURSUZ OLDU?

Britaniyanın "Brexit" siyasəti necə UĞURSUZ OLDU?

Bakıda şagirdin güllələdiyi müəllimlə bağlı YENİ XƏBƏR

Bakıda şagirdin güllələdiyi müəllimlə bağlı YENİ XƏBƏR

Premyer Liqa: “İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

Premyer Liqa: “İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

İcra başçısının bacısı işdən çıxarıldı

İcra başçısının bacısı işdən çıxarıldı

Nərgiz Məhəmmədiyə 7.5 il həbs cəzası verildi

Nərgiz Məhəmmədiyə 7.5 il həbs cəzası verildi

End of content

No more pages to load

RADİO