“Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin yaxın gələcəkdə Şuşaya köçürülməsini planlaşdırırıq”.
Bizim.Media xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev Milli Məclisin komitəsinin bügünkü iclasında deyib.
İcma sədri bildirib ki, Qarabağdan məcburi köçkün düşmüş insanlar olaraq artıq geriyə dönmək planlarını dəqiqləşdirdiklərini bildirib:
“Hətta hamımız özümüzün yaxın gələcək fəaliyyətimizi Şuşada, işğaldan azad edilmiş digər qəsəbələrdə, kəndlərdə görürük. Tez bir zamanda mümkün olduğu təqdirdə artıq biz fəaliyyətimizi bilavasitə Qarabağ bölgəsində davam etdirəcəyik”.
Bizim.Media