Azərbaycanda sovet ideologiyasının təbliği qanunla yasaqlanmalıdır – Siyasilərdən REAKSİYA 

70 illik sovet əsarətindən sonra 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin bəzi ideoloji problemləri hələ də qalmaqdadır. Bolşevizim sevdalıları indi yenidən meydan sulamağa başlayıb.

Düzdür, Azərbaycan demokratik istiqamətdə inkişaf xəttini götürmüş bir dövlətdir. İnsan haqları, fikir azadlığı vədimizdir və günbəgün buna ən yüksək səviyyədə nail olmağa çalışırıq.

Amma bütün demokratik cəmiyyətdə anarxist meyilləri, ziyanlı ideologiyaları tənzimləyən qanunlar və yasaqlar da mövcuddur.

XXI əsrdə texnologiyanın inkişafı müxtəlif platformalardan ideoloji əməllərin icrası üçün də münbit şərait yaradıb. Son zamanlar social şəbəkələr üzərindən ən çılğın şkildə, bəzən təhdid formasında məngənəsindən güclə ayrıldığımız sovet ideologiyası durmadan təbliğatı gedir. Amma heç bir adekvat addım atılmır.
Torpağ itkisi, qaçqın dərdi ilə yanaşı müstəqillik zamanı Azərbaycan güc toplayıb Qafqazın ən inkişaf etmiş dövlətinə çevrildi. 30 illik həsrətdən sonra qan bahasına işğaldan azad etdiyimiz torpaqlara yenidən həyat verməyə çalışdığımız bir vaxtda ölkəmizdə  yenidən Sovet ideologiyasını təbliğ edənlər görəsən hansı dəyirmana su tökürlər? 

“Gül Tekin” adlı feysbuk istifadəçisinin yenidən Sovet Hökumətinə qayıtmağın ən doğru yol olmasına köklənən paylaşımları diqqət cəlb edir. Axı nə baş verir? Nədir bu əsarət, represiya, bolşevizim sevgisi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili, tarixçi Anar İsgəndərov bildirib ki, belə boş fikirlər həmişə olub və olacaq:

“Ancaq bu cür düşüncə ilə yaşayan insanlar o qədər azdır ki, saymaq istəsən sabun köpüyü kimi qalacaqlar. Bu kimi insanlara deyərdim ki, Azərbaycançılıq ideologiyası bütün xalqımızın arzu və istəyidir. Ərazimiz kiçik ola bilər, əhalimiz az ola bilər, amma dünyada 7 min etnik qrup arasında mövcud olan 200 dövlətdən biri kimi öz dövlətimizi qurub müstəqilliyimizə sahib çıxa bilmişik. Bundan böyük xoşbəxtlik ola bilməz”.

Millət vəkili açıqlaması zamanı bəzi tarixi faktları da önə çəkərək bu düşüncədə olan insanlara müqayisəli şəkildə müstəqil Azərbaycanın və Sovet dövründə mövcud olan basqılara və təqiblərə məruz qalan Azərbaycan tarixini oxumağı tövsiyə edib:

“Diqqətinizi öncə varisi olduğumuz və 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinə çəkmək istərdim. Mövcud olduğu 23 ay ərzində bu dövlət 350 ilkə imza atıb. İlk ordu, dövlət dili haqqında qanun, qadın və kişilərin seçkilərdə bərabərliyi və s. İndi Sovet ideologiyasını təbliğ edən insanara demək istərdim ki, dünyada müstəqillikdən xoş heç bir məfhum yoxdur”.

Bəs 70 ilə yaxın Sovet dönəmi Azərbaycana nələri verdi?

“İlk növbədə Naxçıvanı Azərbaycandan ayırdı. Tarixi torpaqlarımız olan Zəngəzuru Ermənistana verdi. 1923-cü ildə Qarabağımızın tam mərkəzində Azərbaycan üçün hər zaman yaraya çevrilən” Dağlıq Qarabağ Muxtar Vilayəti” yaratdı.

1948-1950-ci illərdə Qərbi Azərbaycanda yaşayan soydaşlarrımızı tarixi yurd-yuvalarından didərgin saldı. Bütün 70 il ərzində İslam dininə olan etiqadımızı öldürməyə çalışdı. Milli adət-ənənələrimizə əl uzadıb sıradan çıxarmağa doğru səylər göstərdi.
Bu gün ölkəmizdə 2500-dən artıq məscid fəaliyyətdədir. Sovet dönəmində isə ən böyük məscidimiz olan Bibiheybət məscidimizi partladıldı.Rəsmi dil kimi Rus dilini qəbul edərək, ana dilimizin inkişafında maneələr yaratdı.

44 günlük müharibədə can qoyan şəhidlərimizə hömətsizlik edərək Sovet ideologiyasını hakim və xoş bir ideologiya kimi qəbul etməyi günah kimi qiymətləndirirəm”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb

Bizim.Media-ya danışan “Ağ Partiya”-nın sədri Tural Abbaslı isə qanunla bolşevik ideyasının təbliğinin qadağan olunmasının vacibliyini qeyd edib:

“İkinci dünya müharibəsindən sonra faşizmin təbliğatı və atributlarının yayılması qadağan olundu. Eyni zamanda beynəlxalq hüquqa görə soyqrımlara vəsilə olan terror təşkilatlarının da təbliğ olunması qadağandır. Ortaya belə bir sual çıxır.
1920-ci ildən 1991-ci ilə kimi Azərbaycanda müxtəlif soyqrımlar törətmiş, insanları reppresiyalara qurban etmiş tarixi və dini abidələrimizi dağıtmış bir ideolologiyanın niyə hələ də təbliğinə icazə veririk? Niyə hələ də, qanunla bu kimi məsələlər qadağan olunmur?

Ümumiyyətlə kommunizmin bütün atributları Azərbaycanda ləğv olunmalıdır. Bununla yanaşı o ideologiyanın siması olmuş Lenin, Stalin, Marks və Engels kimi şəxslərin adı ilə bağlı olan hər şey ləğv edilməlidir.

Çünki bu  məhz 1937-cin ildə minlərlə ziyalımıza qarşı soyqrm törətmiş ideoloji xəttdir. Rəsmi şəkildə buna qadağa qoyulmasa, təbii ki bunu təbliğ etmək istəyənlərin də sayı artacaq. Hüquqi və maarifləndirici istiqamətdə bununla bağlı xüsusi proqramlar hazırlanmalı və təbliğat işləri aparılmalıdır”.

Leyla Şah, Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Sabah Bakıya qar yağacaq – PROQNOZ

Sabah Bakıya qar yağacaq – PROQNOZ

Betsi Berns Korn İlham Əliyevin QƏBULUNDA – FOTO

Betsi Berns Korn İlham Əliyevin QƏBULUNDA – FOTO

“Ermənistandan təhdid olsa, Azərbaycan qabaqlayıcı addımlar atacaq” - Tofiq Zülfüqarov

“Ermənistandan təhdid olsa, Azərbaycan qabaqlayıcı addımlar atacaq” - Tofiq Zülfüqarov

Enerji bazarlarında YENİ DALĞA - Qlobal risklər və regional enerji dinamikası

Enerji bazarlarında YENİ DALĞA - Qlobal risklər və regional enerji dinamikası

“Bura Türkiyə çempionatı deyil” - Arda Gülərə sərt tənqid

“Bura Türkiyə çempionatı deyil” - Arda Gülərə sərt tənqid

Evdə 26 yaşlı gəncin meyiti tapıldı

Evdə 26 yaşlı gəncin meyiti tapıldı

"Nyukasl Yunayted" - "Qarabağ" qarşılaşmasının biletləri satışa çıxarılır

"Nyukasl Yunayted" - "Qarabağ" qarşılaşmasının biletləri satışa çıxarılır

Xoşqədəm Hidayətqızının görüntüləri “Survivor”da GÖSTƏRİLDİ - VİDEO

Xoşqədəm Hidayətqızının görüntüləri “Survivor”da GÖSTƏRİLDİ - VİDEO

bp və TLM yeni layihə təqdim etdi: “Parlaq rənglərin işığında” – FOTOLAR

bp və TLM yeni layihə təqdim etdi: “Parlaq rənglərin işığında” – FOTOLAR

Bu məlumatları yayan media subyektləri məsuliyyət daşıyacaq

Bu məlumatları yayan media subyektləri məsuliyyət daşıyacaq

Vətəndaşlara ŞAD XƏBƏR: Bu şəxslərin maaşları artırılacaq

Vətəndaşlara ŞAD XƏBƏR: Bu şəxslərin maaşları artırılacaq

Qış Olimpiadasında xoşagəlməz HADİSƏ: İsrail idmançıları qarət olundu

Qış Olimpiadasında xoşagəlməz HADİSƏ: İsrail idmançıları qarət olundu

İranda sabiq nazirlər və məmurlar HƏBS EDİLDİ

İranda sabiq nazirlər və məmurlar HƏBS EDİLDİ

Rusiyada reper həbs edildi

Rusiyada reper həbs edildi

Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Ağdam, Xankəndi və Şuşa şəhərlərinə getdi

Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Ağdam, Xankəndi və Şuşa şəhərlərinə getdi

"Klassik qəzetçilik səhnəni tərk edir" - "The Washington Post"da ixtisarlar başladı

"Klassik qəzetçilik səhnəni tərk edir" - "The Washington Post"da ixtisarlar başladı

Üzdə diplomatiya, kölgədə müharibə SSENARİSİ – ABŞ İrana qarşı hansı planı HAZIRLAYIR?

Üzdə diplomatiya, kölgədə müharibə SSENARİSİ – ABŞ İrana qarşı hansı planı HAZIRLAYIR?

Ukraynada raket çatışmazlığı: “Patriot”lar boş qalıb

Ukraynada raket çatışmazlığı: “Patriot”lar boş qalıb

"META" və "Apple"in rəhbər şəxsləri İlham Əliyevin qəbuluna gəldilər - FOTO

"META" və "Apple"in rəhbər şəxsləri İlham Əliyevin qəbuluna gəldilər - FOTO

Vensin İrəvan səfərinin proqramı açıqlandı

Vensin İrəvan səfərinin proqramı açıqlandı

Ukrayna “Eurovision-2026” üçün nümayəndəsini və mahnısını seçdi – VİDEO

Ukrayna “Eurovision-2026” üçün nümayəndəsini və mahnısını seçdi – VİDEO

ABŞ-ın yeni möcüzəsi: İranın qorxulu röyası reallaşır - FOTO

ABŞ-ın yeni möcüzəsi: İranın qorxulu röyası reallaşır - FOTO

Doğuş “Survivor”dan GETDİ - VİDEO

Doğuş “Survivor”dan GETDİ - VİDEO

End of content

No more pages to load

RADİO