Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.
Bizim.Media xəbər verir ki, parlamentin spikeri bu barədə tviter hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə dəhşətli yol qəzası: 16 NƏFƏR ÖLDÜ, 29 YARALI VAR - YENİLƏNİB/VİDEO
“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - Milli Məclisin sədri qeyd edib.
Bizim.Media