“Ticari əlaqələrin genişləndirilməsi üçün hazırda ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan Türkiyənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay səsləndirib.
O bildirib ki, bu dəhlizin açılması bizim Azərbaycana, oradan isə Orta Asiya ölkələrinə çıxış imkanları əldə etmək, ticarət həcmini artırmaq baxımından avantaj yaradacaq:
“Hazırda Rusiya ilə üst səviyyədə bu məsələ ilə bağlı danışıqlar davam edir. Dəhlizin ən qısa zamanda açılmasını gözləyirik”.
Bizim.Media