Avqustun 17-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədova zəng vurub.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafından razılıq ifadə olunub.
Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media