''Polşa Azərbaycanın ərazi bütövlüyünü tanıyır'' - Səfir

Yanvarın 18-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Polşa Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

Bizim.Media-ya qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, Baş prokuror Azərbaycanla Polşa arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

Kamran Əliyev  Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə Polşa Səfirliyinin iştirakına görə təşəkkürünü bildirib.  

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Rafal Poborski ikitərəfli münasibətlərə toxunaraq Polşanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Xüsusilə qeyd olunub ki, Polşa Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və ümid edir ki, regionda bundan sonrakı dövrdə sülh və əmin-amanlıq bərqərar olacaqdır.

Rafal Poborski hər iki ölkənin rəhbərləri arasındakı dostluq münasibətlərinin nazirliklər, müxtəlif qurumlar, hüquq-mühafizə orqanları, həmçinin prokurorluqlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdıraraq, bu əməkdaşlığın beynəlxalq qurumlar və ikitərəfli münasibətlər çərçivəsində davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. 

Baş Prokuror Kamran Əliyev səfir Rafal Poborskinin təklifinin vacibliyini  qeyd edərək hər iki ölkənin prokurorluq orqanları arasında korrupsiyaya qarşı mübarizə, pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluq və.s beynəlxalq cinayətlərə qarşı mübarizədə müxtəlif beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin mümkünlüyünü diqqətə çatdırmışdır. 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkər əvəzinə bal yesək nə baş verər?

Şəkər əvəzinə bal yesək nə baş verər?

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Əminə səfirin övladının toyunda səhnə aldı - VİDEO

Şəhriyar Məmmədyarov FİNALDA

Şəhriyar Məmmədyarov FİNALDA

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

Bəzi ərazilərdə İŞIQ KƏSİLƏCƏK

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

“Gəlinim dedi ki, bundan sonra biznesdə uç” - VİDEO

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tramp: “BMT münaqişələrin həllində əvvəlkindən daha çox iştirak etməlidir”

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Leyla Əliyeva Albaniyaya səfəri ilə bağlı paylaşım etdi - VİDEO

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

“Beşiktaş” 30 milyonluq təklifi QƏBUL ETMƏDİ

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial media hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edildi - FOTO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

Bakı sakininin Almaniyada işə düzəltmək adı ilə 20 min manatı mənimsənilib - VİDEO

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

“Arsenal” Bukayo Saka ilə müqaviləni UZATDI

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Sabiq vəzifəli şəxslərin həbs müddətinin uzadılması İSTƏNİLDİ

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Tramp: “İranla razılaşma əldə edib-etməyəcəyimizi 10 gün ərzində öyrənəcəksiniz”

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Saxta kampaniyalarla bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

“Borussiya” Braziliya millisinin üzvünü TRANSFER ETDİ

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

Hikmət Hacıyev: “7 milyard dollar Qəzzaya maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

“Belə hal təkrarlansa, hüquqi addım atacağıq”

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Tramp Sülh Şurasının ilk iclasında Azərbaycan - Ermənistan arasındakı sülhdən DANIŞDI

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

AFFA İcraiyyə Komitəsinin iclası KEÇİRİLDİ

AFFA İcraiyyə Komitəsinin iclası KEÇİRİLDİ

Tramp: "Azərbaycan və bir sıra ölkələr Sülh Şurasına yeddi milyard dollar yatırıblar" - VİDEO

Tramp: "Azərbaycan və bir sıra ölkələr Sülh Şurasına yeddi milyard dollar yatırıblar" - VİDEO

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

Yevlaxda açıq ərazidə YANĞIN OLDU

End of content

No more pages to load

RADİO