Parlament komitəsi toplanır - Azərbaycan və Türkiyə arasında anlaşma memorandamu təsdiqlənəcək.
Sabah Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçiriləcək.
Bizim.Media-ya parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasda "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” anlaşma memorandumu təsdiqlənəcək.
Məlumata görə, bununla bağlı qanun layihəsi iclasının gündəliyinə daxil edilib.
Bizim.Media