Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur.
Bizim.Media-ya xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Lavrovun sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır.
“Nə 9 noyabr üçtərəfli bəyanatında, nə də 11 yanvar razılaşmasında heç bir gizli bənd yoxdur”,- deyə Rusiya XİN başçısı deyib.
Bizim.Media