İranın Azərbaycana ideoloji həmlələri - II hissə

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk çağlardan etibarən müxtəlif istiqamətlərdən ideoloji hücumlara məruz qalıb.  

Bizim.Media “Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi”nin “Telegram” kanalına istinadən xəbər verir ki, İranın bu istiqamətdə fəaliyyəti iki ölkə arasında siyasi münasibətlərin durumundan və iqtisadi əlaqələrin səviyyəsindən asılı olmayaraq, bir gün də dayanmayıb, gizli və açıq formalarda durmadan həyata keçirilib.

2. Kərimə dövləti “nəzəriyyəsi”

İranın bu ölkədə məskunlaşmış əlaltıları vasitəsilə Azərbaycana qarşı gerçəkləşdirdiyi ideoloji həmlələrin bir elementi də kərimə dövləti “nəzəriyyəsi”dir. Son aylarda onlar sözügedən ideyanı geniş təbliğ edirlər, bu məqsədlə sosial şəbəkələrdə eyni adda səhifə və kanallar yaratmışlar.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycana ideoloji həmlələri - I hissə    


Uzun-uzadı çıxışlar vasitəsilə kərimə dövləti onlar tərəfindən Azərbaycandakı ictimai-siyasi quruluşa alternativ kimi təqdim olunur və onun qurulması ilə guya xalqın ləyaqətli və xoşbəxt həyata qovuşacağı iddia edilir. Lakin kərimə dövləti anlayışının azacıq araşdırılması onu göstərir ki, bu adamlar sadəcə insanları aldatmaqla, yumşaq desək, şarlatanlıq və dələduzluqla məşğuldurlar.

Kərimə dövləti nədir?

Kərimə dövləti ifadəsi İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən “İftitah duası”nda işlənmişdir. Həmin duada Allahın “islam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəyi” kərimə dövləti şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin “böyük qeybətdən” sonra zühur edəcək İmam Mehdi tərəfindən qurulacağı bildirilir.

Mehdəviyyət mövzusunun İranda aparıcı tədqiqatçılarından biri olan Məhəmməd Süruş Məhəllati bununla bağlı yazır:

“İftitah duası qəlbləri kərimə dövlətinə doğru pərvazlandırır, bizim amal və düşüncəmizi ona doğru yönəldir, amma o dövlət üçün hansı addımı atmağımız barədə bir söz demir və bizə hansısa vəzifə müəyyən etmir”.

Bununla belə, müxtəlif Quran ayələri, hədis və rəvayətlər əsasında İmam Mehdinin axır zamanda quracağı kərimə dövlətinin bəzi cəhətləri dini ədəbiyyatda göstərilir. Həmin təsəvvürlərə görə:

1) kərimə dövləti ilahi hakimiyyətin qurulduğu və ilahi ədalətin bərqərar olduğu ideal dövlətdir, yəni hansısa konkret insanın (və ya qrupun) dövlət və ədalət anlayışına söykənmir;

2) kərimə dövləti dünya dövlətidir, bütün bəşəriyyət üçündür. Ayətullah Möhsün Ərakinin nəzarəti ilə hazırlanmış “İmamət ensiklopediyası”nda da İmam Mehdinin hakimiyyətinin dünya hökuməti olacağı vurğulanmışdır, bu da islamın bütün dünyada hakim olacağı inamına əsaslanır;

3) hakimiyyətin “ilahi legitimliyi” dövlətə rəhbərlik edəcək şəxsin “məsum” olmasını tələb edir və bu üzdən də onun qurulması İmam Mehdiyə “həvalə olunub”.

Niyə İranı kərimə dövləti adlandırmırlar?!

Bu qısa məlumatdan sonra sual doğur: İranda bəlli qüvvələrin dəstəklədiyi Tohid İbrahimbəyli, Orxan Məmmədov və digərləri məgər özlərini İmam Mehdi sayırlar ki, Azərbaycanda belə bir dövlətin qurulmasına “çalışırlar”?

Bir də ki, onlar niyə yaşadıqları İranda və ya döyüşdükləri Suriyada belə bir dövlətin qurulmasına çalışmırlar? Yoxsa qulluq etdikləri İranı elə kərimə dövləti sayırlar? 

Axı heç İran rəhbərinin özü də bu fikirdə deyil! Ayətullah Əli Xamenei İran hökumətləri qarşısındakı çıxışlarında cəmi iki dəfə (1993 və 2001-ci illərdə) kərimə dövlətindən, özü də ülgü, model, nümunə kimi danışıb, son 20 ildə isə ondan, ümumiyyətlə, söz açmayıb. Digər İran ruhanilərinin çıxış və yazılarında da kərimə dövləti arzulanan, can atılan, intizarı çəkilən cəmiyyət kimi təqdim olunur. Bir müddət öncə "Təsnim" agentliyinin dərc etdiyi yazıda isə ondan “ideal (oxu: utopik) dövlət” kimi danışılır.

Belə isə nə üçün İran özündə qura bilmədiyi və qurmasının da mümkün olmadığı bir “dövləti” öz əlaltıları vasitəsilə Azərbaycanda “bərqərar etmək” istəyir?

Məqsəd aydındır: bu cür gəlişigözəl “ideyalar” və cəlbedici “nəzəriyyələr” ilə əsl niyyəti pərdələyib Azərbaycanın dünyəvi dövlət modelini və Konstitusiya quruluşunu hədəfə almaq və İransayağı islam inqilabının gerçəkləşməsinə çalışmaq. Təsadüfi deyil ki, kərimə dövlətindən danışanların təbliğat kanallarından biri də “Azərbaycan İslam İnqilabına doğru” adlanır. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Tacikistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Tacikistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

DYP-dən ÇAĞIRIŞ: “Yolların sürüşkən olacağını nəzərə alaraq...”

DYP-dən ÇAĞIRIŞ: “Yolların sürüşkən olacağını nəzərə alaraq...”

Elvin Cəfərquliyev Fransa klublarının TRANSFER HƏDƏFİNDƏ

Elvin Cəfərquliyev Fransa klublarının TRANSFER HƏDƏFİNDƏ

Qar yağacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Qar yağacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bərpa edilən tarixi abidələrin SİYAHISI – RƏSMİ

Bərpa edilən tarixi abidələrin SİYAHISI – RƏSMİ

Qayınatası maşın almadığı üçün arvadını döydü

Qayınatası maşın almadığı üçün arvadını döydü

DİN müsabiqə elan etdi: Qadın namizədlərin NƏZƏRİNƏ!

DİN müsabiqə elan etdi: Qadın namizədlərin NƏZƏRİNƏ!

SON DƏQİQƏ: Ukrayna ordusu əks-hücuma keçdi

SON DƏQİQƏ: Ukrayna ordusu əks-hücuma keçdi

“Real” səfərdə qalib gəldi - VİDEO

“Real” səfərdə qalib gəldi - VİDEO

Eldar Quliyev həm deputatdır, həm rektor... - Bu necə olur? - FOTO

Eldar Quliyev həm deputatdır, həm rektor... - Bu necə olur? - FOTO

Türkiyə hələlik Suriya və İraqdan ÇIXMAYACAQ

Türkiyə hələlik Suriya və İraqdan ÇIXMAYACAQ

Avropa Visa və Mastercard-dan qurtulmaq istəyir – ABŞ-ın reaksiyası necə olacaq?

Avropa Visa və Mastercard-dan qurtulmaq istəyir – ABŞ-ın reaksiyası necə olacaq?

2 Rusiya vətəndaşı Almaniyada hamilə qadını QƏTLƏ YETİRDİ

2 Rusiya vətəndaşı Almaniyada hamilə qadını QƏTLƏ YETİRDİ

İranda Pezeşkianın tərəfdarları saxlanıldı - ADLAR

İranda Pezeşkianın tərəfdarları saxlanıldı - ADLAR

Qərb Belarusda çevriliş planlaşdırıb? - Rusiya kəşfiyyatının İDDİASI

Qərb Belarusda çevriliş planlaşdırıb? - Rusiya kəşfiyyatının İDDİASI

“Qarabağ”la oyunun təxirə salınması iddialarına “Neftçi”dən REAKSİYA

“Qarabağ”la oyunun təxirə salınması iddialarına “Neftçi”dən REAKSİYA

Rusiyadan Ukraynaya qarşı hava terroru – Son həftədə 1 735 dron, 123 raket…

Rusiyadan Ukraynaya qarşı hava terroru – Son həftədə 1 735 dron, 123 raket…

4 milyona görə həbs edilən dəstə başçısı da ev dustaqlığına buraxıldı – FOTO

4 milyona görə həbs edilən dəstə başçısı da ev dustaqlığına buraxıldı – FOTO

Lavrov ABŞ-ı “kişi kimi davranmağa” çağırdı

Lavrov ABŞ-ı “kişi kimi davranmağa” çağırdı

Rusiyada qubernatorlar şəxsi mühafizəyə xərcləri kəskin artırdı – NƏDƏN QORXURLAR?

Rusiyada qubernatorlar şəxsi mühafizəyə xərcləri kəskin artırdı – NƏDƏN QORXURLAR?

Naxçıvan şəhərinin icra başçısı vəzifəsindən AZAD EDİLDİ

Naxçıvan şəhərinin icra başçısı vəzifəsindən AZAD EDİLDİ

COVID-in dərmanı açıqlandı

COVID-in dərmanı açıqlandı

Bələdiyyələrin gəlirləri BƏLLİ OLDU

Bələdiyyələrin gəlirləri BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO