Eldar Quliyev həm deputatdır, həm rektor... - Bu necə olur? - FOTO

Azərbaycanda deputatlıq fəaliyyəti ilə eyni vaxtda rektor vəzifəsini icra etmək qanunvericiliyin tələblərinə zidd olsa da, buna yeganə nümunə kimi Eldar Quliyevi göstərmək olar.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 75 yaşlı Eldar Quliyev həm deputat, həm də Kooperasiya Universitetinin rektoru kimi fəaliyyət göstərir, bu barədə təhsil ocağının saytında da məlumat yer alıb. E.Quliyevin hazırda rektor olduğunu universitetin Mətbuat xidməti də təsdiqləyib.
 

Məsələ ondan ibarətdir ki, Konstitusiyanın 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə dair tələblər müəyyən edilib və bu tələblər deputat mandatı ilə digər vəzifələrin uzlaşmasına dair məhdudiyyətləri nəzərdə tutur. Çünki rektor vəzifəsi icraedici və inzibati səlahiyyətlərə malik olduğundan deputatlıq fəaliyyəti ilə paralel icrası qanunvericiliyin tələblərinə ziddir.


Eldar Quliyevin həm deputat, həm də rektor kimi fəaliyyət göstərməsi qanunvericiliyin tətbiqinə dair suallar yaradır.

Mövzu ilə bağlı Eldar Quliyev qeyd etdi ki, Kooperasiya Universiteti balaca, özəl universitet olduğu üçün onun rektorluğu davam edir:

“O vaxt dövlət universitetinin rektorları deputat olmaq istəyəndə seçim etdilər. Bizdə isə özəl universitet olduğu üçün bir söz demədilər”.

Bununla əlaqədar Milli Məclisin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə açıqlamasında bildirdi ki, bu məsələ indiyə qədər İntizam Komissiyasında müzakirəyə çıxarılmayıb:

“Bəli, qanunla deputatın rektor kimi fəaliyyət göstərməyi qadağandır. Amma bildiyimə görə, Eldar müəllim rektorluqdan imtina edib və sadəcə olaraq orada Şura rəhbəridir, rektor deyil.

Universitet ola bilsin ki, sizə səhv məlumat verib. Bizdə olan məlumata görə, Eldar müəllim rektor deyil. Məlumat dəqiqdirsə belə, İntizam Komissiyasında bu məsələnin müzakirəsi barədə bir şey deyə bilmərəm. Məndə bu barədə məlumat yoxdur. Olmayan şeyi necə müzakirə etmək olar?!”

Məlumat üçün bildirək ki, əvvəlki illərdə deputatlığa namizəd olan bir sıra tanınmış şəxslər məhz bu səbəbdən seçim qarşısında qalıblar.

Belə ki, vaxtilə Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deputatlığa namizəd olarkən qərar verərək ya deputat mandatını seçib, ya da fəaliyyətlərinə rektor olaraq davam ediblər. 

Qeyd edək ki, E.Quliyev Milli Məclisin II, III, IV, V, VI və VII çağırış üzvü olub. Hazırda parlamentin Hesablayıcı komissiyasının sədridir. O, eyni zamanda 2020-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

End of content

No more pages to load

RADİO