“Laçın dəhlizi ətrafında məsələ 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.
“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub”, - deyə o bildirib.
Bizim.Media