“Bakı Cənubi Qafqaz regionunda davamlı və uzunmüddətli sülhün tərəfdarıdır, Yerevan isə öz növbəsində bir ildir ki, sülh müqaviləsi üzərində işləmək üçün işçi qrupunun yaradılmasından yayınır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.
Nazir əlavə edib ki, 2022-ci ilin əvvəlində Azərbaycan sülh müqaviləsinin əsas prinsiplərini elan edib və Ermənistana təqdim edib:
“Bütün bu əsas prinsiplər beynəlxalq hüquqa əsaslanır. Ermənistan da onları qəbul etdiyini bəyan edib, lakin biz görürük ki, onlar müxtəlif bəhanələrlə sülh müqaviləsi üzərində işləyəcək işçi qrupunun yaradılmasından yayınırlar. Biz öhdəliklərimizə hörmətlə yanaşırıq və qarşı tərəfdən də bunu gözləyirik”.
Bizim.Media