“Avropa istəsə də regiona müdaxilə edə bilmir” – Deputatdan növbəti Brüssel görüşünün ŞƏRHİ 

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti mümkün görüşünü anons etməsi yaxşı təşəbbüs kimi qiymətləndirilə bilər. Bu formatda görüş artıq bir növ ənənəyə çevirilməkdə olsa da konkret nəticə baxımından hələki o qədər də məhsuldar deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu səsləndirib.

Deputatın sözlərinə görə, görüşlərin nəticə baxımından məhsuldar olmamasının əsas günahkarı terrorçu dövlət olan Ermənistandır:
 

MÖVZU İLƏ BAĞLI:

Brüsseldə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək


“Çünki hərbi müstəvidə olduğu kimi siyasi-diplomatik müstəvidə də erməni terroru səbəbindən nəticəyə yönəlik bütün cəhdlər iflasa uğrayır. Əlbəttə, bu daha çox Ermənistanın ziyanınadır. Çünki hər təxribat və ideoloji-siyasi terrordan sonra Azərbaycan qətiyyətli addımları ilə Ermənistanın manevr imkanlarını daha da məhdudlaşdırmağa nail olur. Elə sonuncu təxribatların nə ilə nəticələndiyi də göz qabağındadır”.

Müsahibimizin fikrincə, belə bir vəziyyətdə rəsmi Brüsselin təşəbbüslə çıxış etməsini özlüyündə müsbət hal kimi qiymətləndirmək olar:

“Lakin əsl həqiqət ondan ibarətdir ki, hazırda Brüsselin Ermənistanı sülhə məcbur etmək mexanizmləri olduqca məhduddur. Strateji diplomatiyanın dərin qatlarına diqqət etdikdə isə kim bilir bəlkə belə niyyətin özü də, ümumiyyətlə, lazımi səviyyədə deyil.

Çünki biz 30 ilə yaxın Avropanı təmsil edən ATƏT-in keçmiş Minsk Qrupunun fəaliyyətinin timsalında avropalıların ümumi mövqeyinin nə qədər tutarsız və sürüşkən olduğunu görmüşük. Hazırda isə vəziyyət elədir ki, Avropa istəsə də siyasi-diplomatik alətlərdən kənar digər heç bir mexanizm ilə Cənubi Qafqazda baş verənlərə müdaxilə edə bilmir, ya da bu müdaxilə kifayət qədər təsirli olmur”.

Hikmət Babaoğlu əlavə edib ki, Avropa İttifaqı Ermənistana 10 noyabr 2020-ci il bəyannaməsi ilə üzərinə götürdüyü və beynəlxalq hüquqla dəstəklənən öhdəlikləri yerinə yetirməsi üçün təzyiq etməlidir:

“Əks təqdirdə, Ermənistanın təxribatları Aİ-nin vasitəçiliyinin nüfuzdan salınması kimi qiymətləndirilə bilər. Əgər Brüssel formatında yeni üçtərəfli görüş baş tutacaqsa, mütləq bu görüş sülh istiqamətində konkret nəticələrə gətirib çıxarmalıdır. 
Rəsmi Bakı belə bir görüşdə iştirak edib-etməyəcəyini hələlik nə təsdiq, nə də təkzib edib. Düşünürəm ki, bu doğru mövqedir.

Diplomatik kanallar Brüssel görüşündə nəyin və nə üçün müzkirə ediləcəyini, Ermənistanın təxribatlardan əl çəkib sülhə doğru hansı konkret addımlar atacağını dəqiqləşdirməlidirlər. Yalnız bundan sonra görüşün baş tutub tutmayacağını söyləmək olar. Rəsmi Bakını nəticəsiz görüşlər keçirməyə nə həvəsi, nə də vaxtı var”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftənin şanslı bürcləri - Gizli fürsətlər qapıdadır

Həftənin şanslı bürcləri - Gizli fürsətlər qapıdadır

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

End of content

No more pages to load

RADİO