Gürcüstanın sabiq parlament sədri İrakli Kobaxidze hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri seçilib.
Bizim.Media xəbər verir ki, qərar partiyanın bu gün keçirilən qurultayında qəbul edilib.
Qeyd edək ki, İ.Kobaxidze bundan öncə “Gürcü Arzusu”nun icraçı katibi olub. 43 yaşlı siyasətçi 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub. Partiyanın keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də vəzifəsini tərk edib.
Bizim.Media