Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Bizim.Media xəbər verir ki, onlar Şuşada ermənilər tərəfindən dağıdılmış Bülbülün ev muzeyinə də baş çəkiblər.
Qeyd edək ki, bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaradıb. Muzey kimi 1976-cı ildən fəaliyyət göstərib.
Bizim.Media