Zaur Məmmədov: "Moskvada 4 saat ərzində ictimaiyyətə açıqlanmayan məsələlər müzakirə edilib"

“11 yanvar bəyanatı kifayət qədər ciddi bəyanatdır. Bir çoxları sənədin iqtisadi tərəflərinə nəzər salır. Amma eyni zamanda bilmək lazımdır ki, əgər söhbət Ermənistanın Rusiya, İran və Azərbaycan vasitəsilə nəqliyyat əlaqələrinin bərpasından, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə və Meğri dəhlizi vasitəsilə Türkiyənin ölkəmizlə quru əlaqələrinin bərpasından gedirsə, bu o deməkdir ki, Cənubi Qafqazın gələcəyi ilə bağlı Moskvada bağlı qapılar arxasında siyasi məsələlər də ciddi müzakirə edilib”

Bu fikirləri Bizim.Media ilə dialoqda politoloq Zaur Məmmədov bölüşdü.
 

MÖVZU İLƏ BAĞLI:

SSRİ dövründə ermənilərə verilən torpaqlarımızı geri ala bilərik - EKSPERT


Politoloqun fikrincə, bu müzakirələrdə Nikol Paşinyan bir növ obyekt, prezident İlham Əliyev və Vladimir Putin subyekt rolunu oynayırdılar:

“Düşünürəm ki, Moskvada 4 saat ərzində hələ ictimaiyyətə açıqlanmayan və Qafqazın taleyi ilə bağlı əhəmiyyətli məsələlər müzakirə edilib. Məncə Qarabağın gələcəyi ilə bağlı, Dağlıq Qarabağın heç vaxt müstəqillik qazanmayacağı, Ermənistana daxil olmayacağı və Azərbaycanın tərkib hissəsi olduğu barədə diskussiyalar aparılıb. Moskvada deyilsəydi ki, Dağlıq Qarabağdan separatçılar qovulacaq, orada Azərbaycan ordusu yerləşdiriləcək, Azərbaycan bayrağı dalğalanacaq və manat dövriyyəyə buraxılacaq Paşinyan İrəvana qayıda bilməyəcəkdi. Buna görə də sadalanan nüansların həyata keçirilməsi üçün zamanla aram-aram maarifləndirmə və təbliğat işləri aparılacaq.”

Bu təbliğatın aparılmasının ilk növbədə Ermənistan baş nazirinin üzərinə düşdüyünü dilə gətirən Zaur Məmmədovun fikrincə bəzi məsələləri Nikol heç ölkəsinin XİN rəhbəri Ara Ayvazyan ilə də bölüşməyib. 

''Hər bir halda Azərbaycan ictimaiyyəti sakit olmalıdır və bilməliyik ki, torpaqlarımızın hər qarışında ordumuz, bayrağımız və pul vahidimiz olacaq. Təəssüflər olsun ki, Moskva görüşü ilə bağlı müəyyən qüvvələrin təxribatları davam edir. Amma biz başa düşməliyik ki, bütün problemin bir günə aradan qaldırılması mümkün deyil''.

''Onu da anlamalıyıq ki, II Dünya Savaşından sonra coğrafi cəhətdən heç bir kiçik dövlət başladığı müharibədə qalib gəlməyib. Savaş monopoliyası var. Buna görə də, istəsək də, istəməsək də bölgədə Rusiyanın varlığı reallıqdır. Gələcək danışıqlarda Türkiyə-Rusiya münasibətlərinin Cənubi Qafqaz mərhələsi də müzakirə predmeti olacaq''.

Politoloq Zaur Məmədov vurğuladı ki, ABŞ-da hakimiyətə gələn Baydenin də Qarabağa baxış bucağı önəmlidir.

Çünki Qarabağ ətrafında baş verənlər dərin geosiyasi və geoiqtisadi mahiyyət daşıyır.

Politoloq sonda bildirdi ki, “yaxşı olardı ki, məsələdən agah olmayanlar öz şərhləri ilə camaatı çaşdırmasın. Çünki prezident İlham Əliyev nəyi necə və nə vaxt edəcəyini çox yaxşı bilir.”



Anar Rəhimov, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

Vaqif Əsədovun rəis qızı işdən çıxarıldı - FOTO

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

İT və kompüter mühəndisliyi ixtisaslarına keçid balı 150 OLDU

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

Bakıda ikinci telefon qalmaqalı: Arvadın gizli əməli cinayətə səbəb oldu

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

İsmayıllıdakı qəzada yaralananların son vəziyyəti MƏLUM OLDU

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Rauf Məmmədov vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO