Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 13-də Ali Məclisin sessiyasının çağırılması haqqında qərar imzalayıb.
Bizim.Media xəbər verir ki, Ali Məclisin sessiyası iyulun 16-da baş tutacaq.
Sessiyanın müzakirəsinə 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Muxtar Respublikanın 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi daxildir.
Bizim.Media