Tehran görüşünün GİZLİNLƏRİ: “Putin və Rəisi Ərdoğanla Əsədi barışdırmaq istəyir” – İrfan Kaya

“Ərdoğan Qurban bayramının əvvəlində Paşinyanla telefon danışığı aparıb. O, bildirib ki, diaspor erməniləri və radikallar Ermənistana sabitlik gətirməyəcəklər. Səfirlliklərin bərpası və Türkiyə ilə Ermənistan arasında sərhəd qapılarının açılması istiqamətində ciddi irəliləyişlər əldə olunub.  Hazırda Dağlıq Qarabağ üzrə sülh sazişi prosesi gedir. Ermənilər vaxtaşırı atəşkəsi pozurlar. Amma Tehran görüşündə bunun gündəmdə olacağı gözlənilmir”.

Bu qədər çoxşaxəli məlumatı Bizim.Media-ya verdiyi açıqlamada Türkiyədə yaşayan siyasi ekspert İrfan Kaya söyləyib.

Türkiyəli ekspert əmindir ki, 19 iyul 2022-ci il Ərdoğan, Putin və İran lideri Rəisinin Tehranda keçiriləcək görüşün ictimaiyyətə açıqlanan və qapalı məqamlarının yeganə mövzusu Suriya olacaq.

“İran, Türkiyə və Rusiya daha əvvəl Astana və Soçidə Suriya probleminin həlli üçün görüşmüş, əldə olunan razılaşma çərçivəsində Suriyada qismən sülh bərpa olunmuşdu. Türkiyənin Suriya ərazisinin Türkiyə sərhədinə yaxın hissələrində “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” adı altında hərbi nəzarət zonaları yaratması bir tərəfdən terrorla mübarizə, həm də siyasi sabitliyin təmin edilməsi və ərazinin qorunması məqsədinə xidmət edirdi. Ancaq bu məqamda Fəratın şərqində geniş ərazilərin PKK-nın uzantısı YPG-nin nəzarətində qalması, “Mümbiç” və “Tel Rıfat” bölgələrində terror fəaliyyətlərinin davam etməsi Türkiyədə narahatlıq doğurur. İran administrasiyası Suriya ərazisini tərk edən rus əsgərlərini öz qüvvələri ilə əvəz etmək istəyir. İran və Rusiya Əsəd rejimini dəstəkləyir. Türkiyə isə xalqına qarşı silah işlədən bu rejimin devrilməsini arzu edir”.

İranın Suriyada artan gücünün İsrail üçün təhlükə kimi qiymətləndirildiyini deyən ekspert açıqlamasına əlavə edib ki, Türkiyənin Suriyada əsas məqsədi terroru durdurmaqdır: 

“İranın Suriyada artan nüfuzu İsrail tərəfindən əsas təhlükə kimi qiymətləndirilir. İsrailin ABŞ-a təzyiqi nəticəsində Vaşinqton rəhbərliyi bu ölkədəki YPG və PKK ünsürlərinə dəstək verir ki, bu da Suriyanın parçalanması üçün edilir. Rusiya bir tərəfdən rejimə dəstəyini davam etdirir, digər tərəfdən Türkiyə vasitəsilə Suriyaya BMT-nin xətti ilə edilən humanitar yardımın qarşısını almağa çalışır. Hadisələrin gedişatı göstərir ki, havada yeni bir qaçqın dalğasının ortaya çıxacağı qorxusu var. Rusiya və Suriya rejiminin dəstəklədiyi İdlibdə tələyə düşmüş 4 milyon müxalif insan var. Türkiyə bu mövzuda həssaslığını ifadə edərək, İran və Rusiya ilə birlikdə həll yolu axtarmağa üz tutub.
 

Digər məsələ Fəratın şərqində və qərbində Türkiyə sərhədlərinə yaxın bölgələrdə həm ABŞ, həm də Rusiya ilə 35 km enində dəhliz yaradılmasıdır. Ona görə də, Türkiyə Fəratın qərbində Tel Rifat və Mənbic, Fəratın şərqində isə Aynel Arap və Qamışlı bölgələrini terrordan təmizləmək istəyir”.


Siyasi şərhçi açıqlamasında bildirib ki, Tehran sammitində ABŞ administrasiyasının Suriyanı parçalama cəhdləri də müzakirə olunacaq və ABŞ-a Suriyanın bölünməyəcəyi ilə bağlı mesaj veriləcək:

“Türkiyə və Rusiyanın bu məsələ ilə bağlı ziddiyyətli açıqlamaları və beynəlxalq konyukturda baş verən proseslərə görə əməliyyatı təxirə salıb. Ancaq bu zirvənin nəticəsi olaraq Türkiyənin Fəratın şərq və qərbində yeni əməliyyat başlaya bilər. Tehran sammitində ABŞ administrasiyasının Suriya siyasətindəki ziddiyyətlər, mübarizə adı altında başqa bir terror təşkilatına dəstək verməsi və Suriyanı parçalamaq cəhdləri də müzakirə olunacaq.
 

Nəticə etibarı ilə deyə bilərik ki, sammitdə Türkiyə, İran və Rusiya liderləri ərəb baharından sonra Suriyaya sabitlik gətirmək üçün hərəkətə keçəcəklər. Burada ölkələrin həssaslıqları bir-birindən fərqlənir.


Taxıl dəhlizi və Ukrayna müharibəsinin kölgəsində baş tutacaq sammitdə Suriyanın bütün problemlərinin həll olunacağı gözlənilmir. Türkiyə qaçqınların geri qayıtmasını asanlaşdırmaq üçün beynəlxalq ictimaiyyətin maliyyə dəstəyi ilə Suriyada evlər tikməyə başlayıb. İran və Rusiya isə Türkiyənin Əsəd rejimi ilə birbaşa əlaqələr qurmasını istəyir. Ərdoğanın bu məsələdə mövqeyi çox aydındır. Türkiyə öz xalqına barel bombaları ilə hücum edən Əsəd rejimi ilə barışmayacaq”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO