“Ermənilər Novruzda Azərbaycan ailələrinin oğlan uşaqlarını oğurlayırdılar” - İrəvan sakini DANIŞIR

“Mən İrəvandan sonuncu dəfə 1987-ci ilin dekabrında çıxmışam. Amma yaxşı xatırlayıram, ağlım kəsəbndən görmüşəm ki, ermənilər altdan-altdan bizə qarşı hansı oyunlardan çıxırlar”.

Bu fikirləri İrəvan sakini Mətanət Əsgərqızı Bizim.Media-ya İrəvanda Azərbaycan mədəni irsinə qarşı erməni soyqırımından danışarkən səsləndirib. Uşaqlıq keçmişini xatırlayan İrəvan sakini hələ 1960-cı illərdən Azərbaycan mədəni irsinin silinməsinə başlandığını qeyd edir. 

“Çox yaxşı xatırlayıram ki, 1967-ci il, Novruz bayramına bir gün qalmışdı. Atam təcili olaraq evə gəldi.

Anamla digər otaqda nəyisə müzakirə etdilər. Bizim əynimizi geyindirib evdən çıxardılar. Hər birimizin cibinə bir kağız qoydular. Anamdan illər sonra soruşdum ki, o kağızda nə var idi? Bizim adımızı, kimin övladları olduğumuzu yazmışdılar. Qorxurdular ki, bizi ayırarlar. O vaxtı başımıza oyun açırdılar ermənilər. Xüsusən ailələrin tək oğul övladlarını öldürürdülər. Bunu da, xüsusən bayram ərəfələrində edirdilər. Görün biz o ermənilərdən nələr çəkmişik. Biz bunu heç vaxt unuda bilmərik”.

Mətanət Ələsgərqızı qeyd edir ki, İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi ilə bağlı UNESCO-ya edilən müraciət təqdirəlayiqdir. 

“Onlar ərazidə heç nə saxlamaq istəmirlər. Qəbirstanlıqları dağıdan ermənilər tarixi abidələri saxlayarlar? Əlbətdə ki, yox. Mən İrəvanda doğulmuşam. Orada böyük nəsildənəm. Mən Hüseyn ağanın nəslindənəm. Babam da İrəvan xanının sarayında həkim olub. Bir müddət orada yaşadıqdan sonra Bakıya köçməli olublar. Ermənilər keçmişdən qorxurlar. Ona görə də tarixi abidələrimizi məhv edirlər. Lakin bir sözü deyə bilərəm ki, biz ora, İrəvana geri qayıdacağıq.

Mən İrəvanı yuxularımda görürəm. Oranı necə qoyub çıxmışamsa, yuxularımda da elə görürəm.

Qərbi Azərbaycan bizim bir hissəmizdir, ora ata-baba yurdumuzdur. Mən də 1960-cı ildə İrəvanda dünyaya gözlərimi açmışam. Əslində İrəvan işğalda qalıb. Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət edən insanlara mən təşəkkür edirəm”, - deyə M.Əsgərqızı qeyd edib. 

Qeyd edək ki, Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO