İlham Əliyev Çexiya səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, Milan Sedlaçek etimadnaməsini dövlətimizin başçısına təqdim edib. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. 

Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırıb. Bildirib ki, Çexiyanın dövlət başçısı ona Azərbaycanla əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Çexiyanın dövlət başçısına çatdırmağı xahiş edib. 

Dövlətimizin başçısı ölkələrimiz arasında yüksək səviyyədə səfərlərin, o cümlədən nümayəndə heyətlərinin mütəmadi təmaslarının ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı ticarətin həcminin artırılması üçün yaxşı potensialın olduğunu bildirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığa da toxunub. 

Azərbaycan Prezidenti, eyni zamanda, sənaye, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin önəmini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycandan keçərək Şərqdən Qərbə yükdaşımaların həcminin artmasını nəzərə alaraq bu sahədə də əməkdaşlıq baxımından imkanlar mövcuddur. Prezident İlham Əliyev, həmçinin biznes dairələri arasında əlaqələrin genişlənməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarının araşdırılmasının da əhəmiyyətini vurğulayıb. 

Səfir ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, digər layihələrə də toxunub, Çexiyanın Ələt Azad İqtisadi Zonasına və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərdiyini bildirib. 
Söhbət zamanı humanitar, elm, təhsil, turizm sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO