Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Tomas Şuller-Qötzburqu ilə görüşüb.

Bizim.Media XİN-dən verilən məlumata istinadən xəbər verir ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Ölkəmiz ilə Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edən nazir, ikitərəfli siyasi dialoqun və məsləhətləşmələrin əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Biz qalib ölkənin diplomatlarıyıq” – Ceyhun Bayramov 


Nazir cari ilin əvvəlində Avstriyaya səfəri də daxil olmaqla son bir ildə Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq ilə görüşləri və aparılmış müzakirələri məmnunluqla qeyd edərək, həmkarının ölkəmizə səfər edəcəyini gözlədiyini səfirin diqqətinə çatdırıb.

O, bölgəmizdə baş vermiş dəyişikliklər kontekstində siyasi, iqtisadi, təhsil, nəqliyyat və tranzit, alternativ və “yaşıl” enerji resurslarının inkişaf etdirilməsi istiqamətlərində, eləcə də humanitar səviyyədə imkanların və əməkdaşlıq perspektivlərinin daha da genişləndiyini qeyd edib. 

Tomas Şuller-Qötzburq Avstriyanın Azərbaycandakı səfirliyinin 12 il əvvəl təsis edilməsinə baxmayaraq, xüsusilə enerji məsələləri olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndiyini məmnunluqla diqqətə çatdırıb.

Səfir Avstiya şirkətlərinin ölkəmizə marağının daha da artdığını qeyd edib. Cari ilin may ayında Avstriyadan Azərbaycana ticarət missiyasının həyata keçirildiyini, növbəti belə missiyanın yaxın gələcəkdə planlaşdırıldığını bildirib.

Ceyhun Bayramov Ermənistanın təcavüzü nəticəsində ölkəmizə və əhalimizə dəyən zərər barədə qarşı tərəfi məlumatlandırıb. Son 30 ildə ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu diqqətə çatdırılıb.
O, daha sonra, səfirə bölgədə münaqişə sonrası vəziyyət, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycanla-Ermənistan arasında normallaşma prosesi, habelə bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları və təklifləri barədə məlumat verib.

Avstriya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə dəstək verməsinin vacibliyini vurğulayıb.

Səfir ölkələrimiz arasında münasibətlərin daha da inkişafı naminə səylər göstərəcəyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

Bəzi ərazilərdə sabah QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO