Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Komissiyanın Azərbaycan tərəfdən həmsədri dəyişib.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri artıq iqtisadiyyat naziri deyil, xarici işlər naziri olacaq.
Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibinə edilən dəyişiklik barədə Litva tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
Bizim.Media