Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə İLK İCLASI - FOTO

İyulun 7-də Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə birinci iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılmasının, demokratik, hüquqi və ədalət prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. 

Qeyd olunub ki, dövlət qulluğunun müasir tələblərə uyğun təşkilində və yüksəkixtisaslı, peşəkar milli kadrların hazırlanmasında Ulu Öndərin zəngin idarəçilik təcrübəsi başlıca rol oynayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi dəyişdi - SƏRƏNCAM


2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə dövlət qulluğu sahəsində münasibətlərin, bu sferada çalışan şəxslərin hüquqi vəziyyəti ilə bağlı məsələlərin tənzimlənməsində mühüm addım olub.

Bildirilib ki, dövlət idarəçiliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və müasir çağırışlara cavab verən standartların tətbiqi, milli kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluğunda keyfiyyətin və səmərəliliyin yüksəldilməsinə xidmət edən məqsədyönlü kadr islahatlarının reallaşdırılması məsələləri Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti dövlət qulluğunda yüksək peşəkarlığa, fərdi bacarığa, təşəbbüskarlığa xüsusi önəm verərək, mənəvi-əxlaqi dəyərlərə, etik davranış qaydalarına riayət olunmasını, dövlət orqanlarının (qurumlarının), dövlət qulluqçularının fəaliyyətinə, qəbul olunmuş qərarların tam və düzgün icrasına ciddi nəzarət edilməsini əsas vəzifə kimi müəyyənləşdirib.

İclasda Şura sədrinin seçilməsi, Şuranın fəaliyyətinin təşkili, dövlət qulluğu sahəsində cari vəziyyət ilə bağlı məruzələr, o cümlədən Dövlət İmtahan Mərkəzinin hesabatı dinlənilib, həmçinin dövlət qulluğunda kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Şuranın sədri seçilib.
Bundan başqa, Dövlət Qulluğunu İdarəetmə Şurası Katibliyinin funksiyaları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə həvalə olunub və Şuranın Katibliyinin fəaliyyət istiqamətləri təsdiq edilib.

İclasın sonunda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzərinə qoyulan yeni mühüm vəzifələrin layiqincə həyata keçirilməsi üçün dövlət orqanları (qurumları) ilə daha çevik və səmərəli əlaqələndirmənin zəruriliyini qeyd edib və Şuranın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Rusiyanın Novosibirsk vilayətində güclü ZƏLZƏLƏ oldu

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Allahşükür Paşazadə: “Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik”

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Toyda qonaqlara "Chanel", "Cartier" hədiyyə olundu

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

Məğlubiyyətdə birləşib, qələbəni bölüşə bilməyənlərin DRAMI

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

İmtahanda ölkənin ən yüksək balları Sumqayıtdan gəldi - FOTO

Smartfon istifadəçilərinə xəbərdarlıq

Smartfon istifadəçilərinə xəbərdarlıq

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən azyaşlı bacı-qardaş tapıldı - YENİLƏNİB

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurdu - 7 ölü, 24 yaralı – VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

Xırdalanda yaşayış binasında YANĞIN: Sakinlər belə təxliyə edildi – VİDEO/YENİLƏNİB

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

“Qarabağ”ın biletləri bu gün satışa ÇIXARILIR

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər SAXLANILDI

Moskvaya PUA hücumu - 26 yaralı var

Moskvaya PUA hücumu - 26 yaralı var

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Ehtiyat hissələri heç zavodunda tapılmayan Çin maşınları ­– HANSILARDIR?

Bu ölkə tamamən boşaldılır

Bu ölkə tamamən boşaldılır

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Məhkəmə məşhur xəstəxana ilə bağlı qərar verdi

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü müəyyən edildi - Ancaq tərcüməsi yoxdur

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

GÜNÜN HAVASI: Leysan, dolu, 38 dərəcə isti...

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

9 yaşında öz muzeyini açıb “Ginnesin Rekordlar Kitabı”na düşdü - Video

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycanda doğum AZALIR, ölüm ARTIR - Bəs ödənilən vəsait NECƏ DƏYİŞİR?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

Həftənin sonunda pulla bağlı bəxti gətirəcək BÜRCLƏR

End of content

No more pages to load

RADİO