Payıza REFERENDUM hazırlıqları – Səsverməyə hansı məsələlər çıxarıla bilər?

Payızda Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Belə ki, ölkə mətbuatında müxtəlif sektorlar üzrə Konstitusiyaya dəyişikliklərin olacağı ilə bağlı xəbərlər tirajlanır. Əsas önə sürülən müddəlar isə yerli idarəetmə sistemində dəyişikliklər, qarışıq seçki sisteminin tətbiqi və Milli Məclisdə deputat yerlərinin sayının artırılması ilə bağlıdır.

Referendumun keçiriləcəyi ilə bağlı fikirlərə Bizim.Media-ya açıqlamasında münasibət bildirən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də hazırda cəmiyyətdə bu məsələ ətrafında müzakirələrin getdiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar yalandır 


“Bir qrup insan bunun tərəfdar çıxsa da, digər qrup hələlik buna ehtiyac görmür. Konstitusiyaya dəyişkliklərin edilməsi ilə bağlı ciddi müzakirələrə ehtiyac var.

Məsələn, dəyişiklik mövzularından biri siyasi partiyalar arasında ciddi müzakirə olunur. Bu referendumun keçirilməsini zərurətə çevirə, ya da ən azından proporsional seçki sisteminin bərpa olunması ilə bağlı maddə konstitusiyaya daxil edilə bilər. 

Əlavə olaraq Konstitusiyaya dəyişikliyinin ortaya atılması Cənab Prezidentin verdiyi mesajdan sonra daha da sürətləndi. Çünki Dövlət Başçısı icra hakimiyyətlərinin vəzifələrini yerinə yetirə bilməməsindən danışdı və icra sturkturlarında islahatlara ehtiyac olduğunu dedi. Bu da icra hakimiyyətlərinin ləğv olunması məsələsini müzakirə predmetinə çevirdi. 

Bu iki məsələ daha çox müzakirə olunur. Ola bilsin ki, Konstitusiya dəyişikliyi ilə bağlı proses baş versin. Amma referendumun bu ya da gələn il keçiriləcəyini söyləmək çətindir. Yəqin ki, hökumətdə məsələ müzakirə olunur və qərarı Cənab Prezident verəcək. Ya da parlament bununla bağlı qərar verə bilər.


Amma hələki parlamentdə belə bir müzakirə yoxdur. Hökumətdə isə hansı müzakirənin getdiyindən xəbərdar deyilim. 

Lakin hər halda belə bir zərurət yaranıb və cəmiyyət bu barədə danışır. Əgər cəmiyyət müzakirə edirsə və zərurət varsa, deməli bu nəvaxtsa baş verə bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

End of content

No more pages to load

RADİO