İşğaldan azad edilmiş ərazilərimiz UNESCO-nun siyahısına salınacaq - RƏSMİ

Şuşa şəhəri ilə yanaşı işğaldan azad edilmiş digər əraziləri də yaxın müddətdə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova deyib. 

"Bildiyiniz kimi, Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya Mədəni İrsin ilkin Siyahısına salınıb. Yaxın vaxtlarda Şuşada şəhər günü keçiriləcək və belə tədbirlərin işğaldan azad edilmiş digər ərazilərində də təşkil olunacaq", - A. Hüseynova bildirib. 

Qeyd edək ki, bu ilin may ayında Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif olunub. 

1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir. 

Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.

Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub.

O cümlədən 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır. 

Ümumdünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. 
Azərbaycandan bu siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir. (Report.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqası: "Sabah" "Orhus"a qarşı - CANLI

Çempionlar Liqası: "Sabah" "Orhus"a qarşı - CANLI

Rusiya keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı həbsdən azad etdi

Rusiya keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı həbsdən azad etdi

İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - FOTO-VİDEO

İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - FOTO-VİDEO

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

İlham Əliyev Naxçıvanda Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO-VİDEO

İlham Əliyev Naxçıvanda Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO-VİDEO

“Mossad”ın keçmiş rəhbəri: ABŞ-ın hücumundan əvvəl Fordo obyektinə baş çəkmişdim

“Mossad”ın keçmiş rəhbəri: ABŞ-ın hücumundan əvvəl Fordo obyektinə baş çəkmişdim

İlham Əliyev Ümummilli Liderin Naxçıvanda abidəsini ziyarət etdi - FOTO/VİDEO

İlham Əliyev Ümummilli Liderin Naxçıvanda abidəsini ziyarət etdi - FOTO/VİDEO

Qusarda kənd sakininin meyiti evinin həyətində tapıldı

Qusarda kənd sakininin meyiti evinin həyətində tapıldı

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi - VİDEO

Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi - VİDEO

Saakaşvili: “Gürcüstan faciəli sona yaxınlaşır”

Saakaşvili: “Gürcüstan faciəli sona yaxınlaşır”

“Euronews” Qəbələ musiqi festivalından reportaj hazırladı - VİDEO

“Euronews” Qəbələ musiqi festivalından reportaj hazırladı - VİDEO

Çempionlar Liqası: "Sabah" və "Orxus"un START heyətləri

Çempionlar Liqası: "Sabah" və "Orxus"un START heyətləri

Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər

Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər

Gəncədə iki nəfəri maşın vurdu

Gəncədə iki nəfəri maşın vurdu

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvandadır - FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvandadır - FOTO/VİDEO

Hörmüz yaxınlığında ABŞ helikopteri Panama gəmisini atəşə tutdu

Hörmüz yaxınlığında ABŞ helikopteri Panama gəmisini atəşə tutdu

İçərişəhərdə tarixi binanın divarına hər hansı müdaxilə yolverilməzdir - AÇIQLAMA

İçərişəhərdə tarixi binanın divarına hər hansı müdaxilə yolverilməzdir - AÇIQLAMA

Ermənistanda yeni Konstitusiya layihəsi bu tarixdə dərc olunacaq - VİDEO

Ermənistanda yeni Konstitusiya layihəsi bu tarixdə dərc olunacaq - VİDEO

Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri açıqlandı - SİYAHI

Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri açıqlandı - SİYAHI

Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var - VİDEO

Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var - VİDEO

Varlı valideynlər yetkin övladlarını niyə maliyyələşdirməkdən imtina edirlər?

Varlı valideynlər yetkin övladlarını niyə maliyyələşdirməkdən imtina edirlər?

Məhkəmə Google-u qaydaları dəyişməyə məcbur etdi

Məhkəmə Google-u qaydaları dəyişməyə məcbur etdi

Paşinyanın qızı Ədliyyə Nazirliyindəki müzakirəyə hansı statusda qatılıb?

Paşinyanın qızı Ədliyyə Nazirliyindəki müzakirəyə hansı statusda qatılıb?

Elnur Məmmədov ABŞ dövlət katibinin köməkçisinin birinci müavini ilə görüşdü

Elnur Məmmədov ABŞ dövlət katibinin köməkçisinin birinci müavini ilə görüşdü

End of content

No more pages to load

RADİO