Baş nazir və PA rəhbəri azad olunmuş ərazilərə getdilər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub.

Bizim.Media xəbər verir ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə əklil qoyulub.

Daha sonra “Suqovuşan-1” Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən Azərbaycan Respublikası Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə məlumatlar verilib.

Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib.

Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə məlumat verib.

Heyətin üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəndin hazırlanan layihəsi barədə, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova kəndin dövlət başçısının son tapşırıqlarına uyğun olaraq tərtib olunan Turizm İnkişaf Konsepsiyası barədə məlumat veriblər.
Daha sonra Ağdam istiqamətində yola düşən heyət üzvləri Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə tanış olublar, görülən işlər barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Hicran Valehov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzələr ediblər.

Şahbulaq qalasında görülən işlərlə tanışlıq zamanı Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova tərəfindən Şahbulaq Turizm Kompleksinin layihəsi barədə məlumat verilib.

Daha sonra ANAMA-nın Ağdam mobil sahə düşərgəsinə yola düşən iştirakçılar düşərgə və minatəmizləmə işləri ilə tanış olublar.

Ağdam şəhəri ərazisində heyət üzvləri "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə baxış keçirib, daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkında görülmüş işlər barədə həyətə ətraflı məlumat verib.

Heyət üzvləri həmçinin Ağdamda inşa olunan yaşayış kompleksinin tikinti işləri ilə də tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Ağdam Cümə məscidində görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Fondun icraçı direktoru Anar Ələkbərov ətraflı məlumat verib. Daha sonra təhsil naziri Emin Əmrullayev heyəti Ağdamda 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinin gedişatı ilə tanış edib.

Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.
Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Müğənninin bir günə xərclədiyi məbləğ izləyiciləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

“Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu” - Paşinyan

End of content

No more pages to load

RADİO