“Hər müharibə iştirakçısına medal verilə bilməz” - EKSPERTDƏN AÇIQLAMA

44 günlük Vətən müharibəsində tarixi qələbə minlərlə şəhid və qazilərimizin qanı və qəhrəmanlığı hesabı əldə edilib. Və onların demək olar ki, çoxu ölkə başçısının sərəncamı ilə müxtəlif adlara layiq görülüblər, orden və medallarla təltif ediliblər.

Ancaq son vaxtlar sosial medialarda medal ala bilməyən bəzi döyüşçülərin valideynlərinin etirazına rast gəlinir. Onların fikrincə, övladları ən azından “Vətən müharibəsi iştirakçısı” medalı almalıdırlar.

Qeyd edək ki, bu medalla Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

Əslində bu və ya digər medallar kimlərə və hansı şərtlərlə verilməlidir? Belə etirazlar nədən qaynaqlanır?

Mövzunu hərbi ekspert Ədalət Verdiyevlə davam etdirdik. O, Bizim.Media-ya açıqlamasında hamıya medal verilməsinin mümkünsüz olduğunu dedi.

“Ümumilikdə Vətən müharibəsində 150 min nəfərə yaxın insan iştirak edib. Hər kəsin mükafalandırılması real görünmür”.

Onun fikrincə, hərbi xidmətdə fərqlənənlər kateqoriyasına aid olan şəxslər mükafatlandırılır:

“II Qarabağ savaşı dünya tarixində rastlaşdığım yeganə müharibə oldu ki, “Mən niyə mükafatlandırılmadım?” deyərək üsyan edən insanlar oldu. Adətən bu məsələ ilə hərbi hissə və bölmələrin komandirləri məşğul olur. Hamıya mükafat verilsə, müharibədə fərqlənənləri qeyd etmək olmayacaq. Başqa bir dərdimiz də budur ki, bir medal alan ikisini, iki medal alan üçünü, üç medal isə dördünü istəyir”.

Ekspert vurğulayır ki, kimsə əgər düşünürsə ki, ona medal verilməlidir, mövcud komissiyaya müraciət etməlidir: 

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərxis etdiyi  şəxslərlə bağlı komissiya yaradıb. Onlarla zabit  heyəti  şikayətləri qəbul edir.  Sosial şəbəkədə belə məlumatları paylaşmaqla  heç nə həll olunmur. Bəzən onların şikayətini araşdırmaq üçün əlaqə saxlamaq istəyirsən. Şikayəti yazan adamın şəxsi məlumatları yoxdur. Bilmirsən ki, onun adı, soyadı nədir. Mənə elə gün olub ki,  onlarla müraciət olunur. Deyirəm ki, mənə faktlarla  müraciət edin. Deyin ki, bax filankəs medal almağa layiq deyil. Birindən  real cavab gəlmir. Kimsə kimdənsə nəsə eşidib dezinformasiya yayır. Şikayəti varsa, komissiyaya müraciət etməlidir”.

Bundan başqa Ədalət Verdiyev qeyd edir ki, müharibənin bitdiyi 2 aydır:

“Hamıya  medal verilməli olsaydı, onu  2 ayda çap edib bitirmək olmazdı. Medallar bir-bir çap olunur, nömrə qoyulur, vəsiqə verilir. Medalların verilməsi  hələ bitməyib. Vətən müharibəsinin hər il dönümündə iştirak edənlər mükafatlanacaq. Babalarımızin sinələrində gördüyümüz o medalların bir çoxu yubileylərdə, sonrakı dönəmlərdə verilib. Bəziləri, hətta isə 50-60 il sonra medal alıb”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Paşinyanı təbrik etdi – VİDEO

İlham Əliyev Paşinyanı təbrik etdi – VİDEO

Sadəcə 1-2 saniyə gözləsəydilər, bu qəza baş verməzdi – VİDEO

Sadəcə 1-2 saniyə gözləsəydilər, bu qəza baş verməzdi – VİDEO

Avropa Parlamentinin yalan və böhtanlarına Prezidentdən SƏRT CAVAB – VİDEO

Avropa Parlamentinin yalan və böhtanlarına Prezidentdən SƏRT CAVAB – VİDEO

Ağdaşda ağır QƏZA: Ölən var - FOTO/VİDEO

Ağdaşda ağır QƏZA: Ölən var - FOTO/VİDEO

İlham Əliyev: “İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub” – VİDEO

İlham Əliyev: “İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac olunub” – VİDEO

Zelenski: “Moskvadakı parada Ukrayna dronları “baş çəkə” bilər” - VİDEO

Zelenski: “Moskvadakı parada Ukrayna dronları “baş çəkə” bilər” - VİDEO

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

İlham Əliyevdən sülh prosesi ilə bağlı AÇIQLAMA - VİDEO

Prezident: “Azərbaycan və Ermənistan arasında sülh reallıqdır”

Prezident: “Azərbaycan və Ermənistan arasında sülh reallıqdır”

İrandan Pakistana benzini belə daşıyırlar – ANBAAN VİDEO

İrandan Pakistana benzini belə daşıyırlar – ANBAAN VİDEO

Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından DANIŞDI

Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından DANIŞDI

İlham Əliyev İrəvandakı tədbirdə videobağlantı formatında çıxış edib - VİDEO

İlham Əliyev İrəvandakı tədbirdə videobağlantı formatında çıxış edib - VİDEO

Quba sakinlərinin NƏZƏRİNƏ – Bəzi kəndlərin adı DƏYİŞDİRİLƏCƏK

Quba sakinlərinin NƏZƏRİNƏ – Bəzi kəndlərin adı DƏYİŞDİRİLƏCƏK

Paşinyan: “Ümid edirəm ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”

Paşinyan: “Ümid edirəm ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanım olacaq”

Bakıda narkokuryerlər 71 kq tiryəklə tutuldular – ANBAAN VİDEO

Bakıda narkokuryerlər 71 kq tiryəklə tutuldular – ANBAAN VİDEO

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

Dünən keçirilən imtahanın düzgün cavabları AÇIQLANDI

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

“Dünyanın ən cazibədar azarkeşi” Mayami Qran-prisində gündəm oldu - VİDEO

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

Azərbaycanda ağacların kəsilməsinə İCAZƏ VERİLƏCƏK – ŞƏRTLƏR

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu – VİDEO

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı QƏRAR VERƏCƏK

Kaya Kallas Azərbaycana səfər edəcək

Kaya Kallas Azərbaycana səfər edəcək

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

“Kontakt”dan qazan dəsti aldı, 100 000 manat qazandı

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Xaricdə qanunsuz silahlı birləşmədə iştirak edən şəxsə HÖKM OXUNDU

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

Valyuta əməliyyatları bu qaydada aparılacaq – YENİLİK

End of content

No more pages to load

RADİO