Ceyhun Bayramov İran Prezidenti ilə MÜZAKİRƏLƏR APARDI - FOTO

Bu gün  İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib.
Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.

Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.

Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Sizi heç vaxt yarı yolda qoymayacaq 4 BÜRC

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

Orban: “Bizi ən təhlükəli dövrlər gözləyir”

“Tottenhem”də CİDDİ İTKİ

“Tottenhem”də CİDDİ İTKİ

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Qurban Qurbanov qızına TOY ETDİ - VİDEO

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Fəzail Ağamalının ölüm səbəbi BİLİNDİ

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Prezident: “Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq olmayıb” - VİDEO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Mirşahindən Fəzail Ağamalının vəfatı ilə bağlı PAYLAŞIM - FOTO

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Avropa Ukraynanın Aİ-yə üzvlüyünü sülh sazişində təsbit etməyi PLANLAŞDIRIR

Ronaldo boykotu DAYANDIRDI

Ronaldo boykotu DAYANDIRDI

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Müştərilər içəridə olarkən obyekti yandırıb qapıları bağladılar - VİDEO

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

Hakan Fidan: “Əgər regionda hansısa ölkənin nüvə silahı ortaya çıxarsa…”

“Barselona”nın prezidenti İSTEFA VERDİ

“Barselona”nın prezidenti İSTEFA VERDİ

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Xaçaturyan Venslə regiondakı sülhü müzakirə etdi

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Ərəblərdən Salaha inanılmaz TƏKLİF

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Fəzail Ağamalının nəşi bu gecə Azərbaycana gətiriləcək

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

Prezident: “Kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən yeganə ölkəyik” - VİDEO

End of content

No more pages to load

RADİO