Bu gün Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib.
Bizim.Media xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və Azərbaycanın maliyyə naziri Samir Şərifov iştirak ediblər.
"Bu tədbir ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə keçirildiyi üçün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək", - deyə ABŞ səfiri vurğulayıb.
S.Şərifov çıxışı zamanı iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə enerji və terrorizmlə mübarizə sahəsində inkişaf etdiyini, Azərbaycanın enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib.
Bizim.Media