Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Bizim.Media xəbər verir ki, türkiyəli spiker Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisin Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.
Bizim.Media