\"Bu razılaşmaların icrası Ermənistan və Azərbaycan xalqlarına fayda verəcək\" - Putin

"Həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik".
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı" - TAM VİDEO


Üçtərəfli görüşdən sonra ölkə liderləri mətbuata birgə bəyanatla çıxış etdilər - VİDEO


Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir: "Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır.

"Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam".

"Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər".

"Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

End of content

No more pages to load

RADİO